Ortaboylu acılıqotu (lat. Ephedra intermedia) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü.
Ortaboylu acılıqotu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Dəstə: Fəsilə: Cins: Növ: Ortaboylu acılıqotu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Orta Asiya, Tyan-Şan, Qafqaz, Cunq-Kaşq və Tibetdə geniş yayılmışdır. İlk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır. İyun ayında çiçəkləyir. Meyvəsi giləmeyvə formasında kürəşəkilli və lətlidir, yetişdikdə qırmızı rəngdə olur, uzunluğu 6 mm-ə çatır. Meyvələri avqusda yetişir. Toxumları qonurdur, arxa tərəfləri qabarıdır 5-6 mm uzunluqdadır. Quraqlığadavamlı, torpağa az tələbkardır. Dərman bitkisidir. Yaşıl hissələrinin tərkibində 0,5-2,2 %-ə qədər alkaloid vardır; onlardan ən mühümü psevdoefedrindir (70-95%). Xalq təbabətində revmatizm və ağciyər xəstəliklərinin müalicəsində işlədilir. Azərbaycanda Xəzər, Kür-Araz ovalığında, Naxçıvanda, aşağı dağ qurşağında bitir. Yaşıllaşdırmada, quru yamacların bərkidilməsində istifadə oluna bilər.