Orxan Bayramov (15 aprel 1985, Boladı, Lənkəran rayonu) — Azərbaycanlı rejissor[1], ssenarist, prodüser.
Orxan Bayramov | |
---|---|
azərb. Orxan Etibar oğlu Bayramov | |
Doğum tarixi | 15 aprel 1985 (39 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Əzra Kəramət Bayramova |
Uşağı | Sənan Bayramov |
Fəaliyyəti | kinorejissor, rejissor, ssenarist, prodüser |
Fəaliyyət illəri | 2010-cu ildən |
Təhsili | |
IMDb | ID10385765 |
Orxan Bayramov Etibar oğlu 15 aprel 1985-ci ildə Lənkəran rayonunun Boladı kəndində dünyaya gəlib. 1991–2002-ci illərdə orta təhsilini Boladi kənd Şəhid Nahir Axundov adına 1 saylı orta məktəbdə almışdır. 2003–2004-cü illərdə hərbi xidmətdə olmuşdur.
2005–2010-cu illərdə Azərbaycan Dövlət Maliyyə-İqtisad Kollecində Maliyyə və Kredit fakültəsində orta-ixtisas təhsili almışdır. 2010–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində ali təhsil almışdır.
2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Kapoeyra Federasiyasında müəllimlik etmiş və yaradıcılıq işləri ilə məşğul olmuşdur.
Yaradıcılıq illəri 2010-cu illərdən başlayır. 2010–2013-cü illərdə özü tərəfində yaradılan Yarasa Film şirkətində ssenari müəllifliyini və quruluşçu rejissorluğunu etdiyi "Ölümün Döngəsində", "Ölümün Döngəsində 2" və "Pul Kisəsi" filmlərini ərsəyə gətirir. Azərbaycan Kapoeyra Federasiyasında çalışdığı vaxtlarda "Sport Service Company" ilə birgə ssenari müəllifi və quruluşçu rejissorluğunu etdiyi "Ekoloji Missiya" (ing. Ecological Mission) və "Ölümün Döngəsində 3" (ing. Turn of Death 3) adlı iki qısametrajlı filmlərini ərsəyə gətirir.
2015-ci ildə "Yarasa Film" şirkətinin adını "Yarasa Art Pictures"lə əvəz edir və ilk peşəkar film karyerasına qədəm qoyur. 2015–2017-ci illərdə Azərbaycan və Türkiyənin ortaq layihəsi olan, ssenarisi Eren Azaka məxsus olan "Bir zamanlar Şəkidə" (ing. The Game) adlı ilk tammetrajlı bədii filmini ərsəyə gətirir.
"Öldür-Öldür" ("Kill Kill") adlı qısametrajlı filmi NAFCo (NORTHERN APPALACHIAN FILM COLLECTIVE) Winter Film Festivalının "Judges Awards Drama" nominasiyasının qalibi olub.[2]
Ailəlidir, bir oğlan övladı var.
İl | Ad | Rejissor | Ssenarist | Prodüser | Qeydlər |
---|---|---|---|---|---|
2011 | Ölümün Döngəsində (ing-Turn of Death) | Hə | Hə | Hə | |
2012 | Ölümün Döngəsində 2" (ing-Turn of Death 2) | Hə | Hə | Hə | |
2013 | Pul Kisəsi | Hə | Hə | Hə | |
2013 | Ekoloji Missiya (film, 2013) | Hə | Hə | Yox | Official selected- First-Time Filmmaker Sessions, Zeitimpuls shortfilm, Lahore International Children's Film Festival[3][4][5][6] |
2014 | Ölümün Döngəsində 3" (ing-Turn of Death 3) ( film, 2014) | Hə | Hə | Hə | Official selected- First-Time Filmmaker Sessions[7][8] |
2018 | Münacat | Hə | Hə | Yox | |
2020 | The Apricots | Hə | Hə | Hə | |
2020 | Run Run (film, 2020) | Hə | Hə | Hə | Official selected- First-Time Filmmaker Sessions,The Lift-Off Sessions[3] |
2020 | Kill Kill (film, 2020) | Hə | Hə | Hə | Nominated- GOLD COAST INTERNATIONAL FILM FESTIVAL, Winner-NAFCo Film Festival[9] |
2021 | Kill Ashot | Hə | Hə | Hə | Post-production |
İl | Ad | Rejissor | Ssenarist | Prodüser | Qeydlər |
---|---|---|---|---|---|
2017 | Bir zamanlar Şəkidə (film, 2017) | Hə | Hə | Yox | Həm də Kastinq Direktorudur[10][11][12][13] |
2022 | Narkodiller (film, 2022) | Hə | Hə | Hə | Pre-production |
İl | Ad | Rejissor | Ssenarist | Montaj | Qeydlər |
---|---|---|---|---|---|
2014 | Eşq səfəri | Yox | Yox | Hə | Winner- Arbaeen Int’l Festival[14][15][16][17] |
2020 | Qədim yurd yerimiz Gədəbəy | Hə | Yox | Yox | [18][19][20][21] |
İl | Ad | Rol |
---|---|---|
2011 | Ölümün Döngəsində (ing-Turn of Death) | Məcnun |
2012 | Ölümün Döngəsində 2" (ing-Turn of Death 2) | Sərhəd Polisi |
2013 | Pul Kisəsi | Oğru |
2014 | Ölümün Döngəsində 3" (ing-Turn of Death 3) ( film, 2014) | Əsir |
2015 | Cəhd | Döyüşçü[22][23] |
2017 | Bir zamanlar Şəkidə (film, 2017) | Xüsusi təyinatlı Polis |
2020 | The Apricots | Erməni mafiya başçısı |
2020 | Run Run (film, 2020) | Cinayətkar |
2021 | Kill Ashot | Erməni və Azərbaycan əsgəri |
"Eşq səfəri" sənədli filmi 2017-ci ildə Tehranda 3-cü "Beynəlxalq Ərbəin Foto və Video Mükafatı" (ing. International Arbaeen Photos and Videos Award)[24] Beynəlxalq Film Festivalının qalibi olub.[25]
"Öldür-Öldür" ("Kill Kill") adlı qısametrajlı filmi 2021-ci il Fevralın 26–28-də keçirilən və ABŞ-nin Nyu-York, Pensilvaniya, Ohayo , Merilend və Virciniya ştatlarını əhatə edən NAFCo (NORTHERN APPALACHIAN FILM COLLECTIVE) Winter Film Festivalının qısa dram filmlər arasında "Judges Awards Drama" nominasiyasının qalibi olub. Festivala 93 ölkədən 1800 film təqdim olunub.[2]
"Ekoloji Missiya" ("Ecological Mission") qısametrajlı filmi 2021-ci il martın 4-ü "Zeitimpuls shortfilm" və "Lahore International Children's Film Festival" festivallarında "Official Selection" nominasiyası üzrə seçilmişdir. "Öldür-Öldür" ("Kill Kill") adlı qısametrajlı filmi martın 6-da ABŞ-nin Nyu-York ştatında keçirilən "Gold Coast International Film Festival"ın qısa dram filmləri arasında "Semi Finalist" nominasiyasına qədər yüksəlib. Film "timelapse" üslubunda çəkilib.[3]
"Run Run" qısametrajlı filmi də həmin gündə (6 mart) "The Lift-Off Sessions" festivalının, martın 11-i isə "First-Time Filmmaker Sessions" festivalının "Official Selection" nominasiyası üzrə seçilmişdir.[3]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |