Orxan Elxan oğlu Quluzadə (29 iyun 1994; Lənkəran şəhəri, Azərbaycan — 8 noyabr 2020; Bartaz, Zəngilan, Azərbaycan) — Azərbaycan Çevik Hərəkət Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi.
Orxan Quluzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Zəngilan rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2011—2012 / 2018—2020 |
Rütbəsi | K/gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Zəngilanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Orxan Quluzadə 1994-cü il iyunun 29-da Lənkəran şəhərində anadan olub.[1] 2000-2011-ci illərdə Lənkəran şəhər Vaqif Əliyev adına 4 saylı humanitar təmayüllü məktəb-liseydə təhsil alıb. Ailəli idi, Ayla adında bir qızı yadigar qaldı.
Orxan Quluzadə 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayınadək Azərbaycan Quru Qoşunlarının Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən 4-cü Ordu Korpusunda müddətli həqiqi hərbi xidmət keçib. 2018-ci ildən isə Azərbaycan Çevik Hərəkət Qüvvələrinin Yevlax briqadasında kiçik gizir kimi hərbi xidmətə başlayıb.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Orxan Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Quluzadə noyabrın 8-də Zəngilanın azad edilməsi zamanı Şükürataz dağı istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Quluzadə "Qarabağ" ordeni ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Quluzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]