Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir.[1] 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır.[2]
Orxan Vəli Kanık | |
---|---|
türk. Orhan Veli Kanık | |
Doğum adı | Əhməd Orxan |
Təxəllüsü | Mehmed Əli Sel |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı İmperiyası |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Türkiyə, İstanbul |
Vəfat səbəbi | beyin qanaxması |
Dəfn yeri | Aşiyan məzarlığı |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | türk |
Atası | Vəli Qanıq |
Anası | Fatimə Nigar xanım |
Təhsili |
Qalatasaray Ali Məktəbi İstanbul Dövlət Universiteti |
Fəaliyyəti | Cümhuriyyət dövrü Türk ədəbiyyatı (1936-1950) |
Fəaliyyət illəri | 1936–1950 |
Əsərlərinin dili |
türk dili fransız dili |
İstiqamət | Özgə cərəyanı |
orhanveli.net | |
Orxan Vəli Qanıq Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur. Lakin buna baxmayaraq, oğlunun şerlərini bəyənmədiyini dəfələrlə dilə gətirmişdir. Kiçik qardaşı Adnan Vəli Kanık "Vətən" qəzetində jurnalist kimi çalışmış, şairin ölümündən sonra isə, ondan bəhs edən "Orxan Vəli üçün" adlı bir kitab yazmışdır.
Orxan Vəli Kanık köhnə şair tipinə qarşı gəlmiş, türk şeirinə yeni nəfəs gətirmişdir. Şeirlərində qafiyə üslubunu heç bir halda qəbul etməmişdir.