Orxan Vəli Qanıq

Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyasıö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir.[1] 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalətərcümə sahələrində bir çox əsərlər yaratmışdır.[2]

Orxan Vəli Kanık
türk. Orhan Veli Kanık
Doğum adı Əhməd Orxan
Təxəllüsü Mehmed Əli Sel
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı İmperiyası
Vəfat tarixi (36 yaşında)
Vəfat yeri Türkiyə Türkiyə, İstanbul
Vəfat səbəbi beyin qanaxması
Dəfn yeri Aşiyan məzarlığı
Vətəndaşlığı Türkiyə Türkiyə
Milliyyəti türk
Atası Vəli Qanıq
Anası Fatimə Nigar xanım
Təhsili Qalatasaray Ali Məktəbi
İstanbul Dövlət Universiteti
Fəaliyyəti Cümhuriyyət dövrü Türk ədəbiyyatı (1936-1950)
Fəaliyyət illəri 1936–1950
Əsərlərinin dili türk dili
fransız dili
İstiqamət Özgə cərəyanı
İmza
orhanveli.net
Vikimənbənin loqosu Orxan Vəli Qanıq Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur. Lakin buna baxmayaraq, oğlunun şerlərini bəyənmədiyini dəfələrlə dilə gətirmişdir. Kiçik qardaşı Adnan Vəli Kanık "Vətən" qəzetində jurnalist kimi çalışmış, şairin ölümündən sonra isə, ondan bəhs edən "Orxan Vəli üçün" adlı bir kitab yazmışdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
Orxan Vəlinin İstanbuldakı heykəli

Orxan Vəli Kanık köhnə şair tipinə qarşı gəlmiş, türk şeirinə yeni nəfəs gətirmişdir. Şeirlərində qafiyə üslubunu heç bir halda qəbul etməmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. İz Buraxanlar: Orxan Vəli. Hürriyyət qəzeti. Səhifə. 4
  2. Sağlam, 2002. səh. 7