Osip Abdulov

Osip Naumoviç Abdulov (rus. О́сип Нау́мович Абду́лов; 3 (16) noyabr 1900[1], Lodz, Varşava general-qubernatorluğu[d]14 iyun 1953[1], Moskva, RSFSR, SSRİ) — SSRİ teatr və kino aktyoru, rejissor. RSFSR xalq artisti (1944).[2][3] Teatrdakı fəaliyyətinə görə II dərəcəli "Stalin" mükafatı laureatı (1951).[4]

Osip Abdulov
Doğum tarixi 3 (16) noyabr 1900[1]
Doğum yeri
Vəfat tarixi 14 iyun 1953(1953-06-14)[1] (52 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Vvenedenskoye qəbiristanlığı[d]
Vətəndaşlığı
Uşağı
Fəaliyyəti aktyor, kinorejissor, teatr rejissoru, teatr pedaqoqu[d]
Fəaliyyət illəri 1918–1953
Təhsili
  • Moskva Dövlət Universitetinin Hüquq fakültəsi[d] (1917–)
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
RSFSR xalq artisti "Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Parlaq komediya xarakter aktyoru olmuşdur. O, sovet kinosunda personajların dərin psixoloji inkişafı ilə kəskin xarici rəsmin təsvirləri qalereyasını yaratmışdır. Abdulov virtuoz texniki məharətə malik idi, qroteskdən yayınaraq parlaq satirik xüsusiyyətlər yaratmışdır.[4]

Osip Naumoviç Abdulov 3 noyabr 1900-cü ildə Lodzda (indiki Polşa) yəhudi ailəsində anadan olmuşdur.[5][6][7] Atası tekstil mühəndisi idi. 1913-cü ildə ailəsi Moskvaya köçmüşdür. 1917-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.

Səhnə fəaliyyətinə 1918-ci ildə Şalyapin studiyasında başlamış, 1923-cü ilə qədər[4] burada çalışmış və ilk mühüm rolunu – Artur Şnitslerin "Yaşıl tutuquşu" (1919-cu ildə) əsərində sərxoş Qreni canlandırmış, sonra isə 1924–1925-ci illərdə sonra 1924-1925-ci illərdə Vera Komissarjevskaya Teatrında çıxış etmişdir.[8] 1925–1926-cı illərdə Moskva İncəəsnət Teatrında, 1926–1927-ci illərdə Satira teatrında, növbəti mövsümü həmkarlar ittifaqı emalatxanasında keçirmişdir.[9]

1924-cü ildən radioda əvvəlcə aktyor, sonra isə rejissor kimi çalışmış, 200-dən çox radio tamaşasına, o cümlədən Rollandın "Kola Brünyon", Dodenin "Taraskonlu Tartarin", Dikkensin "Pikvik klubu", Qoqolun "Şel", Qorkinin "Malva" və "Makar Çudra" əsərləri, həmçinin bir çox başqalarının radiotamaşalarına quruluş vermişdir. Uşaqlar üçün bədii veriliş təşkil etmişdir.[10]

Eyniadlı Almaniya filmində Bethoven rolu və Çexoslovakiyanın "İmperatorun çörəkçisi" filmindəki Çörəkçi və İmperator rollarını dublyaj etmişdir.[4]

14 iyun 1953-cü il tarixində vəfat etmişdir. O, Vvedenski qəbiristanlığında dəfn olunmuşdur.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Абдулов Осип Наумович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969. Т. 1 : А — Ангоб. С. 17.
  2. Театральная энциклопедия. / Гл. ред. С. С. Мокульский. Т. 1. — М.: Советская энциклопедия, 1961. — 1214 стб. с илл., 12 л. илл.
  3. Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт.
  4. 1 2 3 4 Кинословарь. 1 А-Л (85000 nüs.). Москва: Советская энциклопедия. гл. ред. С. И. Юткевич. 1966.
  5. Российская еврейская энциклопедия, т. 1, Российская академия естественных наук Arxivləşdirilib 2008-12-16 at the Wayback Machine. — М.: Эпос, 1997.
  6. Абдулов О. Н. Статьи и воспоминания. — М.: Искусство, 1969.
  7. Абдулов — настоящая фамилия актёра. В метрических данных по Лодзи на сайте еврейской генеалогии JewishGen.org указывается умершая в 1895 году Фейга-Родл Абдулова.
  8. Адресная и справочная kitab3 «Вся Москва» на 1925 год Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine: Абдулов Осип Наумович, артист театра имени Комиссаржевской; жил в Лубянском проезде, дом № 3, кв. 16.
  9. Адресная и справочная kitab3 «Вся Москва» на 1930 год Arxivləşdirilib 2020-05-02 at the Wayback Machine: Осип Наумович Абдулов, Лубянский проезд, дом № 3, кв. 20, артист Профклубной мастерской.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Российская еврейская энциклопедия / Гл. ред. Г. Г. Брановер (т. 1) — Москва, ЭПОС, 1997. — с. 7 — ISBN 965-293-033-4

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]