Osman Hamdi Bəy (30 dekabr 1842[1][2][…], İstanbul – 24 fevral 1910[1][3][…]) — Osmanlı dövrünün ilk arxeoloqu, rəssam, İstanbul Arxeologiya Müzeyinin qurucusu və direktoru, Kadıköyün ilk bələdiyyə başqanı.[4][5]
Osman Hamdi Bəy | |
---|---|
Osman Hamdi Bəy | |
Doğum adı | Osman Hamdi |
Doğum tarixi | 30 dekabr 1842[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 fevral 1910[1][3][…] (67 yaşında) |
Milliyyəti | Türk |
Atası | İbrahim Əthəm Paşa |
Fəaliyyəti | antropoloq, rəssam, sənətşünas, arxeoloq, siyasətçi |
Janr | Portret |
Tanınmış işi | Tısbağa tərbiyəçisi |
Vikianbarda əlaqəli mediafayllar |
Osman Hamdi Istanbulda sədrəzəm ailəsində dünyaya gəlmişdir. Atası İbrahim Ethem Paşa imperatorluqda sədrəzəm çalışırdı. Məhz bu üzdən balaca Osmanın ətrafı daha yaxşı idi və daha yüksək təhsil almaq şansı var idi. Osman Hamdi ilk təhsilini Beşiktaş yaxınlığında olan bir məktəbdə aldı. Bundan sonra atası onu maliyə məktəbinə göndərdi. Oxumaqla yanaşı Osman həm də rəsm çəkməklədə məşğul idi. On altı yaşı bitən zaman o atası ilə Vyanaya getdi. Ethem Paşa oğlunun sənətə olan həvəsini nəzər alıb bir çox muzey və sərgilərə apardı. Gördüklərindən Osmanı çox təsirlənmişdir.
Geri döndükdən sonra Osman atasına Fransada oxumaq istədiyini bildirdi. İbrahim Paşa oğlunun bu istəyini məmnuniyyətlə qarşıladı və onu 1857-ci ildə Parisə Hüquq fakültəsinə oxumağa göndərdi.[6]
Oxumaqla bərabər Osman həm də rəssamlıq təhsili almağa başladı və sonda sonucunu tərcih etdi. Osman Parisdə olduğu dövürdə hüquq və rəssamlıq təhsili ilə yanaşı arxeologiya və müzeyçilik istiqamətindədə təhsil almağa başladı. Çəkdiyi tablolar ətrafdakı insanların çox xoşuna gəlir və öz əsərlərini dostlarına hədiyyə etmək Osmana zövq verirdi. Parisdə olduğu on iki il boyunca Osman bir çox sərgilərə qatılmış və ölkəsini burda təmsil etmişdir. Osman Parisdə Marie adlı bir qadınla tanış olmuş, sonda onunla ailə qurmuşdu. Bu evlilikdən Fatma və Hyriye adlı qızları olmuşdur. 1869-cu ildə yoldaşını razı saldıqdan sonra İstanbula geri döndü. İstanbulda o qısa zamanda "Yabancı İşler Müdirlüğü" vəzifəsinə işə düzəldi və fəaliyyət yeri olan Bağdada getdi. Bu şəhər Osman Beyin tarixi və arxelogiya sahəsində olan biliklərin dahada genişlənməsi üçün gözəl bir məkan oldu. İlk arxeloji araşdırmanı burada həyata keçirdi. Qazıntılar zamanı aşkar etmiş bir çox qiymətli əşyaları İstanbula gətirdi.
Istanbula qayıdan Osman Saray Protokol Müdirü kömıkçisi vəzivəsində işləməyə başladı. Bu vəzifəni ona həm də bir çox dilləri çox gözəl bildiyi üçün həvalə etdilər. O zamanın Osmanlı padşahı Əbduləziz Osman Hamdi Beyi Vyanada keçirilən sərgiyə gedəcək Osmanlı sənətkarları qrupunun komisarı təyin etdi və Osman yenidən Vyanaya səfər etdi. Vyanada o yenə də adı Marie olan başqa bir fransız qadınla tanış oldu və ikinci dəfə yenidən evləndi. Bu evlilikdən də, onun Melek, Leyla, Ethem və Nazlı adlı uşaqları dünyaya gəldi.[5]
Osman Hamdi Beyin 1867-ci ildə Parisdə üç əsəri sərgidə nümayiş olunub. Ancaq bu əsərləri müasir dövrə gəlib çatmamış. Onun yaradıcılığında diqqət çəkən məqamlardan biridə, rəsmlərini müəllimləri olmuş Jerom və Bulanjın stilinə uyğun çəkməsidir. Osman Hamdi 1881-ci ildən ilk türk muzey müdiri kimi fəaliyyətə başladı. Fəliyyəti dövründə önəmli işlərindən biridə qiymətli mədəniyyət nümunələrinin ölkə xaricənə aparılmasına qarşı olan qərarın həyata keçirməsi oldu.
Osman Hamdi Bəyin 1880-ci ildə hazırladığı "Quran oxuyan qız" əsəri 2019-cu ildə Londonun Bohams muzeyindəki hərracda rekord qiymətə satılıb. Əsər 44 milyon türk lirəsinə (təxminən 13,2 milyon AZN) satılıb, bununla da Türkiyənin ən bahalı rəsm əsəri olub. Osman Hamdi Bəyin bundan əvvəl "Tısbağa tərbiyəçisi" 5 milyon türk lirəsinə (təxminən 1,5 milyon AZN), "Yaşıl məscidinin qabağı" əsəri isə 13,5 milyon türk lirəsinə (təxminən 4 milyon AZN) satılıb.[7]