Osmanlı Əlcəzairi


Osmanlı Əlcəzairi, Əlcəzair Vilayəti və ya Əlcəzair BəylərbəyliyiOsmanlı İmperatorluğunun Sâlyâneli əyalətlərindən biri olmuşdur.[4]

Osmanlı əyaləti[1]
Osmanlı Əlcəzairi
Eyalet-i Cezayir-i Garb[2][3]
Bayraq Gerb
Bayraq Gerb
 

Paytaxt Əlcəzair
Rəsmi dilləri
Dövlət dini sünni islam
İdarəetmə forması Mütləq monarxiya
{{{rəhbər_titulu}}}
 •  Oruç Rəis
 •  Hüseyn ibn Hüseyn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1517-ci ildə baş vermiş olan Ridaniyyə döyüşü ilə bu region Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. Bu ərazilərin tam olaraq əyalətləşdirilməsi 1535-ci ildə Oruc Rəis tərəfindən həyata keçirilmişdir.[5] 1671-ci ildən sonra isə bu əyalətə seçilərək təyin olunan idarəçilərə Dayı deyilmişdir. 1671-ci ildən başlayaraq 1830-cu ilə qədər Əlcəzairdə ümumilikdə 28 dayı hökmranlıq etmişdir. Osmanlı Əlcəzair ilə 1830-cu ildə Fransa tərəfindən işğal edilərək Fransa müstəmləkə imperiyasının tərkibinə keçmişdir.

  1. William Spencer, Islamic fundamentalism in the modern world, Twenty-First Century Books, 1995, ISBN 978-1-56294-435-3, p. 73.
  2. Salih Özbaran, The Ottoman response to European expansion: studies on Ottoman-Portuguese relations in the Indian Ocean and Ottoman Administration in the Arab Lands during the Sixteenth Century, Isis Press, 1994, ISBN 978-975-428-066-1, p. 35.
  3. Andrew C. Hess, The Forgotten Frontier: A History of the Sixteenth-Century Ibero-African Frontier, University of Chicago Press, 2010, ISBN 978-0-226-33031-0, p. 253.
  4. "Osmanlı eyaletleri". 13 sentyabr 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2008.
  5. Yeni Rehber Ansiklopedisi.