Osmanlı Bankına hücum (1896)

Osmanlı Bakına hücum (ing. Ottoman Bank Takeover, erm. Բանկ Օտոմանի գրավում) 1896-cı ildə Daşnaksütun tərəfindən təşkil edilmiş, silahlı hücum. Hücum 26 avqust 1896-cı ildə saat 13:00 da baş vermişdir. Hücumun məqsədi, Avropa ölkələrinin və Rusiyanın diqqətini Osmanlı imperiyasında baş verən daxili qarşıdurmalara yönəltmək olmuşdur. Silahlı hücumu məşhur erməni terrorçusu Armen Qaro təşkil etmişdir. Armen Qaro bununla, maliyyə baxımdan yaxşı vəziyyətdə olan Osmanlı imperiyasını daxildən sarıtmaq istəyirdi. Silahlı hücumda Armen Qarodan başqa daha 25 terrorçu iştirak etmişdir. Əl bombaları, dinamit və tapançalarla silahlanan terrorçulardan 9 nəfəri, bankın mühafizə xidmətinin işçiləri tərəfindən öldürülmüşdür. Öldürülənlər arasında, hadisələrin təşkil edilməsində, böyük rolu olan Papken Siunidə vardı. Papken Siunin öldürülməsindən sonra, silahlılara rəhbərlik Armen Qaronun əlinə keçmişdir.

Osmanlı Bankına hücum
Tarix 26 avqust 1896
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Osmanlı Bankına hücumun baş verməsindən sonra İstanbul şəhərində yaşayan türklər və ermənilər arasında münasibət gərginləşməyə başladı. Hadisədən bir neçə gün sonra, tərəflər arasında atışmalar başlamışdı. Hadisə zamanı Osmanlı Bankının prezidenti Edqar Vinsent terrorçu ermənilərlə danışıq aparmaq məqsədilə Rusiya səfirinə müraciət etmişdir. Rusiya səfiri, erməni əsilli diplomat Maksimovu məsələ ilə məşğul olmaq göstərişi vermişdir. Maksimov apardığı danışıqlarla, hər iki tərəflə görüşmüşdür. Maksimovun səyləri nəticəsində ermənilərin xeyrinə razılıq əldə olunur. Erməni terrorçular, Osmanlı imperiyasının sərhədlərini tərk edəcəkləri təqdirdə, heç bir təqibə məruz qalmayacaqlarına təminat alırlar. Terrorçular Edqar Vinsentin şəxsi gəmisi ilə şəhərdən ayrılırlar. Bir neçə gündən sonra terrorçular Fransanın Marsel şəhərinə çatırlar.