Otar Vasilyeviç Taktakişvili (gürc. ოთარ თაქთაქიშვილი; 27 iyul 1924[1][2][…], Tiflis[1] – 21 fevral 1989, Tbilisi və ya Moskva) — Sovet, gürcü bəstəkarı, dirijoru, müəllimi, ictimai xadimi. SSRİ xalq artisti (1974), Lenin mükafatı (1982), Stalin mükafatı (1951, 1952) və SSRİ Dövlət mükafatı (1967) laureatı.
Otar Vasilyeviç Taktakişvili | |
---|---|
gürc. ოთარ თაქთაქიშვილი | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 27 iyul 1924[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 fevral 1989 (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | gürcü |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, bəstəkar, musiqi pedaqoqu, siyasətçi, konsertmeyster |
Fəaliyyət illəri | 1957-ci ildən |
Janr | opera |
Təhsili |
|
Üzvlüyü | |
Elmi adı | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Otar Taktakişvili 27 iyul 1924-cü ildə Tiflisdə Abxaz zadəganı Vasili Çaçibaya və gürcü şahzadəsi Yelizaveta Mixaylovna Taktakişvilinin ailəsində anadan olmuşdur. Otar gənc yaşlarından anasının soyadını daşımağa başlamışdır.[3]
Taktakişvili ilk musiqi təhsilini Tbilisi Musiqi Məktəbində və peşə məktəbində almışdır. 1947-ci ildə Tbilisi Konservatoriyasını bitirmişdir. 1950-ci ildə elə burda aspiranturada təhsil almışdır (S.V.Barxudaryanın kompozisiya sinfi).
Otari 1947-ci ildən - xor ədəbiyyatı müəllimi və xor rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır. 1952-ci ildən - Konservatoriyada polifoniya və çalğı alətləri fənnindən dərs demişdir. Taktakişvili 1959-cu ildə dosent, 1966-cı ildə professor elmi dərəcəsini almışdır. O, 1962-1965-ci illərdə Tbilisi Konservatoriyasının rektoru kimi çalışmışdır.
Konservatoriyada üçüncü kursda təhsil alarkən 1945-ci ildə, Gürcüstan Bəstəkarlar İttifaqının Gürcüstan SSR Dövlət Himninin yaradılması müsabiqəsinə qatılmışdır. Nəticədə Otar Taktakişvili qalib olmuş və Gürcüstan Sovet Sosialist Respublikasının himninin müəllifi olmuşdur.
Otari təhsil aldığı müddətdə Radio Yayımı Komitəsinin konsertmeysteri və xorunun dirijoru (1944-1946) işləmişdir.
Otar Taktakişvil 1947-1952-ci illərdə konsertmeyster və dirijor, 1952-1956-cı illərdə Gürcüstan SSR Dövlət Xorunun bədii rəhbəri olmuşdur. 1952-ci ildən ölkənin aparıcı simfoniya və xor ansambllarında dirijor kimi çıxış etməyə başlamış, öz əsərlərini ifa edirdi.
O.Taktakişvili 1957-ci ildən - SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. O, 1961-1962-ci illərdə - Gürcüstan Bəstəkarlar İttifaqının katibi də seçilmişdir.
1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının və Gürcüstan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1963 -cü ildən) seçilmişdir. Otar Taktakişvil məsul vəzifələrdə də çalışmışdır. Belə ki, o uzun müddət Gürcüstan SSR mədəniyyət naziri (1965-1984) olmuşdur.[4] SSRİ Ali Sovetinin 4-5 (1954-1962) və 11 çağırış (1984-cü ildən) deputatı seçilmişdir. Gürcüstan SSR Ali Sovetinin 6-9 çağırış deputatı da olmuşdur. SSRİ Nazirlər Soveti yanında Elm və İncəsənətdə Lenin Mükafatları Komitəsinin üzvü (1963 -cü ildən) kimi də çalışmışdır.
Otar Taktakişvil UNESCO yanında Beynəlxalq Musiqi Şurası Rəyasət Heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir.
24 fevral 1989-cu ildə Moskvada vəfat etmişdir (digər mənbələrə görə - 21 və ya 22 fevralda Tiflisdə[5]). O, Didube panteonunda dəfn olunub.
Otar Taktakişvili ən böyük gürcü bəstəkarlarından biridir. 8 operanın, 2 simfoniyanın, 9 instrumental konsertin, çoxsaylı kamera, vokal, proqram, xor musiqisi, oratoriyaların, kantataların, habelə Gürcüstan SSR Dövlət Himninin musiqisinin müəllifidir.
Tbilisidə (keçmiş Riqa) bir küçə bəstəkarın adını daşıyır.