Oxuyur Müslüm Maqomayev — Tofiq İsmayılovun filmi.[1]
Oxuyur Müslüm Maqomayev | |
---|---|
Janr |
bioqrafik musiqili |
Rejissor | Tofiq İsmayılov |
Ssenari müəllifləri |
Tofiq İsmayılov İqor Boqdanov |
Baş rollarda |
Müslüm Maqomayev — özü Leyla Şıxlinskaya — Tatyana Larina |
Operator | İqor Boqdanov |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssamlar |
Rafiz İsmayılov Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 30 may 1971, Moskva |
Filmin növü | tammetrajlı bədii-sənədli film |
Müddət | 71 dəq. |
Ölkə | SSRİ |
Dil | rusca |
İl | 1971 |
Texniki məlumatlar |
7 hissə 1927 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID6023952 |
Müəlliflər tamaşaçıları görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayevin parlaq və çoxcəhətli yaradıcılığı ilə tanış edir. O, filmdə "Şah İsmayıl", "Faust", "Yevgeni Onegin", "Riqoletto" operalarından ariyalar, sovet bəstəkarlarının əsərlərini ifa edir. Filmdə müğənninin yaradıcılıq laboratoriyası, onun tərcümeyi-halının ayrı-ayrı səhifələri, Maqomayevin mahnı, səhnə obrazı üzərində necə işlədiyi, onun musiqi, mahnı barədə fikirləri də öz əksini tapmışdır.[2]
Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.