Turşəng və ya quzuqulağı (lat. Oxalis)[3] — turşəngkimilər fəsiləsinə aid çoxillik bitki cinsi.[4]
Turşəng |
---|
|
|
|
|
Cinsə daxil olan növlər otlar və ya yarımkollardır. İri, yaxud xırda yarpaqları saplaqlıdır. Meyvəsi yanlardan sıxılmış toxumcadır. Şimal yarımkürəsinin mülayim yerlərində 2—3 növü yayılıb.
Azərbaycanda 1 növü — hündür turşəng (Oxyria elatior) məlumdur. Tərəvəz bitkisi kimi becərilir. Yarpaqlarınla oksalat turşusu, dəmir, tannidlər var.
- Oxalis deppei – soğanaqlı, hündürlü 20-25 sm. olan çoxillik bitkidir. İncə uzun saplaqda yarpaqları dörd paydan ibarətdir və orta hissəsi qırmızı-qəhvəyi, ucları açıq-yaşıldır. Qırmızı-moruq gülləriylə çiçəklənir. El arasında – "xoşbəxtliyin yoncası" adlandırılır.
- Oxalis enneaphylla — çoxsaylı yarpaqlardan ibarət olan tipik boz və ağ çala-çula güllər açır.
- Oxalis triangularis — qısa bitkidir, uzun elastik saplaqlarda üç hissədən ibarət olan temno-purpurnımi yarpaqları var. Yarpaqları kəpənəyin qanadlarına oxşardır və xalq arasında ona "Madam Batterflay" deyilir. Papilionacea növündə yarpaqları tünd yaşıl rəngdədi. Xırda, ağ, çəhrayı və ya bənövşəyi güllər olur.
- Oxalis acetosella — kökümsov gövdəli bitkidir, hündürlüyü 8-10 sm. Uzun saplaqlardakı yarpaqları yoncanın yarpaqlarını xatırladır. Yarpaqları gecə, tutqun havada və parlaq günəş vaxtı yığılmağa malikdir. Ağ, tək, uzun saplaqda güllər açır. May-iyunda çiçəkləyir.
- Oxalis succulenta — başqa növlərindən dörd tunc-yaşıl yarpaqlarla və çəhrayı güllərlə fərqlənir. Bitkinin hündürlüyü 30-35 sm. Son payıza qədər çiçəkləyir. Həmçinin ampelnoe bitki kimi otaqlarda bu dovşankələmini becərirlər.
|
---|
Əsas ədviyyatlar | | |
---|
Ətirli otlar | |
---|
Zoğlar və qabıqlar | • |
---|
Qətranlar | |
---|