Pərvanə İbrahimova (qızlıq soyadı: Qurbanova; tam adı: Pərvanə Yəhya qızı İbrahimova;[1] 3 avqust 1977, Qaraçanta, Amasiya rayonu) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri (2010-cu ildən)[2][3] və Beynəlxalq jurnalistika kafedrasının dosenti.
Pərvanə İbrahimova | |
---|---|
Pərvanə Yəhya qızı İbrahimova | |
Doğum tarixi | |
Doğum yeri | Qaraçanta, Amasiya rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Beynəlxalq jurnalistika |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | BDU-nun Beynəlxalq jurnalistika kafedrasının dosenti |
Elmi dərəcəsi | |
Tanınır | BDU-nun Mətbuat və İnformasiya şöbəsinin rəhbəri |
Mükafatları |
2015-ci ildə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.[4] Hazırda Medianın İnkişafı Agentliyində fəaliyyət göstərir.
1984-1994-cü illərdə Gəncə şəhəri 24 saylı orta məktəbdə oxuyub. 1994-1998-ci illərdə Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika ixtisasını bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə başa vurub. 2002-2007-ci illərdə Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının "Jurnalistika" ixtisası üzrə dissertantı olub. 2011-ci ildə "Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında (1988-2005-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, siyasi elmlər üzrə fəlsəfə doktoru adına layiq görülüb.[1]
1998-2000-ci illərdə müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. 2000-2010-cu illərdə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb. 2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında saathesabı dərslər aparıb. 2007-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında 0,5 ştat müəllim vəzifəsində fəaliyyət göstərir. 2010-cu ildən Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsində çalışır. 20-dək elmi məqalə, 10 kitab və 200-dək publisistik məqalənin müəllifi və tərtibçi-müəllifidir.[1]