Pərvanə Hacıyeva (11 avqust 1973, Marneuli) — biokimya üzrə tanınmış alim, Mayns Universitetinin (AFR) tibb üzrə professoru[1].
Pərvanə Hacıyeva | |
---|---|
Doğum tarixi | 11 avqust 1973 (50 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Elm sahələri | tibb, biokimya |
Elmi dərəcəsi | Dr.chem.et med. habil. |
Elmi adı | |
İş yerləri | Mayns Universiteti, Almaniya |
Alma-mater | Bakı Dövlət Universiteti, Florensiya Universiteti, Mayns Universiteti |
Təhsili |
|
Tanınır | biokimyaçı |
unimedizin-mainz.de/path… |
Pərvanə Hacıyeva 1973-cü ildə Gürcüstanın Marneuli şəhərində anadan olmuşdur. 1979-1988-ci illərdə Marneuli rayonunun Şulaveri orta məktəbində təhsil alır. Orta təhsilini davam etdirmək üçün o 1988-ci ildə Gəncə şəhərindəki 17 nömtəli orta məktəbə daxil olur.1989-cu ildə bu məktəbi „Gümüş medal“la başa vurur.
Orta məktəbu uğurla başa vuran Pərvanə Hacıyeva 1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olur. Burada o tibbi biologiya ixtisası üzrə təhsil alır.
1996-ci ildə təhsilini bu ali məktəbdə başa vurduqdan sonra o AMEA-nin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır.
Pərvanə Hacıyeva 1998-ci ildə Florens şəhərində yerləşən „Nüvə maqnit rezonansı mərkəzi“ndə doktoranturaya daxil olur. Burada o məşhur alim Prof. Ivano Bertini[ölü keçid]nin rəhbərliyi altında metallproteinlərin struktur-bioloji araşdırılması ilə məşğul olur. Doktoranturada təhsil aldığı dövrdə mətbuatda çalışdığı sahə üzrə elmi məqalələrlə çıxış edir. 2000-c ildə „Təbii və modifikasiya olunmuş sitoxromların struktur və çeviklik xassələri“ mövzusunda hazırladığı dissertasiya işini uğurla müdafiə edərək Florensiya Universitetində kimya sahəsi üzrə „Doktor“ elmi dərəcəsini qazanır.
Doktoranturada təhsilini başa vurduqdan sonra Pərvanə Hacıyeva 2001-2002-ci illər arası elmi fəaliyyətini Münhen şəhərində yerləşən Maks Plank Elmi Tədqiqat İnstitutunun "Psixiatriya" bölməsində davam etdirir.
2002-ci ildə o Mains Tibb Universitetinin „Fizioloji kimya institutu“nda elmi işçi kimi fəaliyyətə başlayır. 2006-cı ildə Mains Universitetinin Patobiokimya İnstitunda təşkil olunmuş „Oksidativ stress, antioksidantlar və mitofagiya“ elmi işçi qrupuna rəhbər təyin olunur. Bu qrupa rəhbərlik çərçivəsində Pərvanə Hacıyeva bu sahədə mövcud problemlərin dərindən araşdırılması ilə bərabər, müxtəlif istiqamətlərdə görülən elmi layihələri koordinasiya edir, tələbə və doktorant işlərinə rəhbərlik edir.
2016-cı ildə Pərvanı Hacıyeva biokimya sahəsi üzrə hazırladığı dissertasiya işini Mains Tibb Universitetində müdafiə edərək "Dr.chem. et med. habil " elmi dərəcəsinə layiq görülür.
2016-ci ilin oktyabr ayında Mains universitetində „Patobiokimyəvi adaptasiya” sahəsi üzrə professor vəzifəsinə təyin olunur. Həmin dövrdən bu sahə üzrə elmi praktiki işlərə rəhbərliklə bərabər, o həmçinin univeristetin tədris prosesində xüsusi məsuliyyəti öz üzərinə götürür. O, tələbələrə müalicə işi fənni üzrə mühazirələr oxuyur, biologiya, kimya, əczazlıq və müalicə işi fənlərindən yerinə yetirilən elmi praktiki işlərə rəhbərlik edir. Pərvanə Hacıyeva 2009-cu ildən Mains Universitetində müalicə işi və stomotologiya ixtisaslıarı üzrə buraxılış imtahan komissiyasının üzvüdür.
Prof. Hacıyevanın elmi işləri “Selüllar adaptasiya və metabolizm” mövzusu ətrafında cəmləşir. Onun rəhbərliyi altında aparılan tədqiqiatlar stress şəraitində hüceyrələrdə yer alan adaptiv mexanizmlərin tədqiqini əhatə edir. Problemin eksperimental tədqiqində həm mövcud, həm də aktual olan analitik, biokimyəvi, genetik və bioinformatik metodlardan istifadə olunur. Tədqiqatlar canlı vitro sistemlərlə bərabər (hüceyrə strukturları), həmçinin vivo modellər (Caenorhabditis elegans, gəmiricilər və insan toxumaları nümunələri) üzərində aparılır. Mitoxondrial disfunksiya, oksidadtiv stress, həmçinin hüceyrəvi enerji çatışmamazlığı hüceyrələrdə yaranan kompleks stresin induksiya olunmasına gətirib çıxarır. İnduksiya olunmuş nəticənin yalnız kiçik bir hissəsi sıxılmış şəkildə mövcud olur və real halda stresə qarşı müqavimətin adaptiv artırılmasına və bununla hüceyrənin daha yaxşı funksionlallığına şərait yaradır. Tədqiqatların əsas məqsədi hüceyrələrin müqavimətinini artıran və onların funksiyalarının stabilləşdirəbilən adaptasiya mexanizmlərinin erkən üzə çıxarılması və izah olunmasından ibarətdir. Bununla degenerativ xəstəliklər zamanı hüceyrələrin uzun müddət həyatda qalmasına şərait yaratmaq öndə durur.
Prof. Hacıyeva məşğul olduğu elmi problemlər üzrə onlarca elmi məqalə çap etdirmişdir.[2]
Aşağıda onlardan bir neçəsi verilmişdir.
Redaksiya kollegiyasına daxil olduğu jurnal:
Aşağıdakı elmi jurnallarda rəyçi kimi fəaliyyət göstərir: