Pərvanə Yaqub qızı Qurbanova — azərbaycanlı teatr və kino aktrisası, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000).
Pərvanə Quranova | |
---|---|
Pərvanə Yaqub qızı Qurbanova | |
Doğum tarixi | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1981-ci ildən bu günə kimi |
Mükafatları | |
gence-teatr.com |
2 aprel 1965-ci ildə anadan olmuşdur. 1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlamışdır. Bu illər ərzində aşağıdakı rolları oynamışdır:
1990-cı ildən hal hazıra kimi Gəncə Dövlət Nizami Poeziya teatrında işləyir, və aşağıdakı rolların ifaçısıdır:
“Xeyir və Şər”də Kürd qızı, “Məhəbəət əfsanəsi”ndə Şirin, “Bəhram şah”da Afaq, “Məhəbbətin qənimi”ndə Sədaqət və s.
Pərvanə Qurbanovanın Milli kino sahəsində də xidmətləri az olmamışdır. Bunlardan "Xocalı faciəsi" haqqında çəkilən "Haray" filmində baş rolda, E. Əfəndiyevin "Sarı gəlin" filmində əsas rollardan birinə, "Pərvanələrin rəqsi" serialında Yaqut xanım roluna çəkilmişdir.
Teatr xadimləri ittifaqının üzvüdür, “Qızıl Dərviş” mükafatı laureatı, Azərbaycan Respublikasının xalq artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5], 10 may 2019-cu ildə[6], 7 may 2020-ci ildə[7], 7 may 2021-ci ildə[8], 10 may 2022-ci ildə[9], 6 may 2023-cü ildə[10] və 9 may 2024-cü ildə[11] Prezident Mükafatına layiq görülmüşdür.