Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası.
Pərviz Abdullayev | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Kobra |
Çəkisi | 77 kq |
Boyu | 1,76 m |
Doğum tarixi | 5 yanvar 1986 (38 yaş) |
Doğum yeri | |
Nəticələri | |
Döyüş | 88 |
Vikianbarda əlaqəli mediafayllar |
Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub.
12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub.
Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb.
Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Abdullayev "Glory", "Kunlun Fight", "ACB" kimi promotionlarda döyüşüb.
2010-cu ildə Pərviz Abdullayev ilin ən yaxşı 10 idmançısından biri seçilib.
2011-ci ildə idman sahəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mənzillə mükafatlandırılıb. Pərviz Abdullayevin 2011-ci ildən "Kobra" kikboksinq klubu fəaliyyət göstərir.
2013-cü ildən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin əməkdaşıdır. Qəbələ İdman Klubunu təmsil edir. Ailəlidir, 2 oğlan övladı var. Oğlu Yusif Abdullayev kiçik yaşlı olmasına baxmayaraq, boksla məşğuldur.
Pərviz Abdullayev bir sıra filmlərdə və sosial xarakterli reklam çarxlarında özünü aktyor kimi də sınayıb.
2020-ci ildə "Survivor Türkiyə 2020"-ə qatılmış, lakin yarışmaya vida etmişdir.
Daha sonra Survivor All Star 2022-ə qatılmış,4 ay sonra, ayağındakı zərbədən sonra düzəlmək vaxt alacağı üçün Survivora həkim diaqnozu və sakatlığı ilə vida etmişdir.
2007-ci ildən peşəkar karyeraya start verən Pərviz Abdullayev 2007 və 2008-ci illərdə "Uşu-sanda" idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub.
Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb.
2009-cu ildə Avstriyanın Villax şəhərində həvəskarlar arasında keçirilən Kikboksinqin WAKO versiyası üzrə yarışda 71 kq çəki dərəcəsində 5 döyüşdə qalib gələrək dünya çempionu adını qazanıb.
2010-cu ildə Çinin paytaxtı Pekində keçirilən keçirilən "World Accort Combat Games 2010" döyüş növləri oyunlarında iştirak edərək, çempion adını qazanıb.
2010-cu ilin may ayında Macarıstanın Seqed şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya kubokunda 2-ci yer qazanıb.
2010-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhəridə keçirilən Kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında WAKO PRO dünya kəməri uğrunda rus idmançı Vladimir Şulyaka qalib gəlib və peşəkarlar arasında dünya çempionu adına layiq görülərək, dünya kəmərinin sahibi olub.
Pərviz Abdullayev 2011-ci ildən Niderlandda "Super Pro" klubunda məşqlərə başlayıb. Burda onun məşqçisi klubun məşqçi və meneceri Denis Rauvel olub. 2011-ci ildə Rusiyanın Rostov şəhərində keçirilən Kikboksinqin WAKO PRO versiyası üzrə peşəkarlar arasında keçirilən çempionatda ikinci dəfə dünya çempionu adını qazanıb.
2013-cü ildə Rusiyanın Rostov şəhərində R1 dünya kəməri uğrunda döyüşlərdə Vitaliy Sorokanı məğlub edərək, dünya çempionu adını qazanıb. [1] 2014-cü ildə Belarusun Minsk şəhərində keçirilən İPCC kikboksinq yarışlarında Mərakeşli rəqibinə qalib gələrək növbəti dəfə dünya çempionu adına layiq görülüb və dünya kəmərinin sahibi olub.
2014-cü ildə Avstriyanın Vyana şəhərində keçirilən ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş beynəlxalq kikboksinq turnirində ruminiyalı rəqibinə qalib gələrək, "Heydər Əliyev Kəməri"nin sahibi olub.[2]
2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında uşu-sanda növü üzrə 3-cü yer mükafatçısı olub.[3][4]
2018-ci ildə Rusiyanın Moskva şəhərində keçirilən ACB və Peşəkar Kikboksinq yarışlarında çeçen əsilli rus idmançısına qalib gələrək dünya çempionu adına layiq görülüb və ilk dəfə olaraq peşəkar ACB döyüş kəmərinin sahibi olub.[5][6]
Qeyd edək ki, Pərviz Abdullayev "Glory", "Kunlun Fight", "ACB" kimi promotionlarda döyüşüb.
Pərviz Abdullayevin məşqçisi 2 qat Dünya Çempionu Füzuli Musayev, şəxsi məşqçisi isə Mehman Umudovdur.