Pərviz Qasım oğlu Qasımov (28 aprel 1991[1], Bakı) — Azərbaycan xanəndəsi, müəllim, Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Prezident təqaüdçüsü.[2][3][4]
Pərviz Qasımov | |
---|---|
Pərviz Qasım oğlu Qasımov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Fəaliyyət illəri | 2008 — h.h. |
Təhsili |
Pərviz Qasım oğlu Qasımov 1991-ci il 28 apreldə Bakıda doğulub. Əslən Ağdam rayonunun Abdal Gülablı kəndindəndir. 2001-ci ildə Respublika İncəsənət Gimnaziyasına daxil olub. İlk müəllimi xalq artisti Əlibaba Məmmədov və xalq artisti Elmira Rəhimova olub. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Universitetdə müəllimi əməkdar artist Ruzə İbişova olub. 2017-ci ildə iştirak etdiyi Televiziya Muğam Müsabiqəsində birinci yerə layiq görülmüşdür. 2017-ci ildən Təyyar Bayramovun tələbəsidir.[2] Eyni ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.[5] 2018-ci ildə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olub.[3] 2019-cu ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” festivalına qatılıb. 75 ölkənin qatıldığı festivalda Pərviz Qasımov birinci yerə layiq görülmüşdür.[6] Hal-hazırda Azərbaycan Milli Konservatoriyasında müəllim işləyir. Ailəlidir, bir oğlu var.[7]