PKB mağarası (Yeni) — Rusiyanın Krasnodar diyarında mağara. Mağara diyarın Apşeron rayonunda, Belaya və Kurjips çayları arasında yerləşir. Meşəlik ərazisində yerləşən mağaranı yaxınlıqdan keçən asfalt yoldan on metr ayırır. Mağara Laqo-Naki yaylasındadır.[1] PKB mağarası Kamışanova polyana yasaqlığının ərazisinə aiddir.
PKB (Yeni) mağarası | |
---|---|
rus. Пещера ПКБ | |
Ümumi məlumatlar | |
Uzunluğu | 513 m |
Həcmi | 990 m³ |
Ətraf süxurları | əhəng daşı |
Yerləşməsi | |
44°08′45″ şm. e. 40°03′18″ ş. u. | |
Ölkə | Rusiya |
|
|
|
Böyük Aziş və İsiçenko mağaralarından fərqli olaraq PKB mağarası heç bir böyük zala və ya qaleriyaya malik deyil. Mağara əsasən şimal-şərq istiqamətdə uzanan dar yarıqdan ibarətdir. Mağara daxilinin ortalama ölçüləri 40-50 sm-dən 1 metr arasında dəyişir. Maksimal ölçü bəzi yerlərdə 6 metrə çata bilir. Keçidlərin hündürlüyü bir neçə on santimetrdən 10-12 m-ə qədərdir. Mağarada böyük və kiçik olmaqla əsas 4 səviyyə müəyyənləşdirilib. Mağara dəhlizlərinin profilində çoxlu çıxıntılar və quyular mövcuddur. Onların hündürlüyü 8 metrə bərabərdir. Daxilində stallaktiklərə və stalaqmitlərə rast gəlinir. Ancaq onlar heç də bütün mağara daxilində yayılmayıb. Mağara daxili yuxarı yura yaşlı dolomit süxurlarından təşkil olunub. Su mağaranın aşağı iki mərtəbəsində müşahidə olunur. Su daha çox quyuların dibində qısa axın formasında olur. Mağaranın ümumi uzunluğu 513 metr, amplitudu 17 metr, həcmi isə 990 m³-dir. Mağaranın kəşfi və tədqiqatı krasnodar speleoloqlarına aiddir. 30 il əvvəl kəşf olunmuş mağaranı daha çox «şkuroder» adlandırırlar. Mağaranın girişi yetərincə enli olsa da sonra daxildə hərəkət etmək keçmək və müəyyən hazırlıq tələb edir.[2] Mağara daxilində çox vaxt sürünərək hərəkət etmək lazım gəlir. Onu da qeyt etmək lazımdır ki, mağaraya giriş yerinin qeyri -dəqiq təsvirinin, habelə speleoloqlar tərəfindən koordinatlarının gizlədilməsi nəticəsində turistlə çox vaxt mağaranı ondan otuz metr aşağıdakı mağara ilə qarışıq salırlar. Mağara daxilində fauna və floraya rast gəlinməyib.[1] Yaxın zamanlarda mağara daxilinin yenidən tədqiqatı planlaşdırılır.[1]