Laqo-Naki yaylası

Laqo-Naki[1] (Laqonaki; adıq Лэгъо-Накъ[1]) — Adıgey RespublikasıKrasnodar diyarı sərhəddində yerləşən yayla[2]. Yayla Qərbi Qafqaza aid olub mütləq hündürlüyü 2200 metrdir. Yaylanın orta hündürlüyü 2000 metrdir.[3] Ümumi sahəsi 800 km²-dir. Ərazi öz alp çəmənlikləri ilə tanınır.[4]

Laqo-Naki
adıq Лэгъо-Накъ)
Laqo-Naki fevral ayındapx
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2200 m
Yerləşməsi
43°03′ şm. e. 40°00′ ş. u.HGYO
Ölkə Rusiya
Adıgey
Laqo-Naki xəritədə
Laqo-Naki
Laqo-Naki
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Yaylanın demək olarıki əsas hissəsi Adıgey Respublikasının Maykop rayonu ərazsisinə daxildir. Çox kiçik şimal və qərb hissəsi, Kurjips çayı vadisi və Messo dağı yamacları Krasnodar diyarının Apşeron rayonu ərazisinə aiddir[5].

Apşeron rayonuna daxil olan ərazi istisna olmaqla bütün yayla Qafqaz qoruğuna daxildir[6]. Yayla ərazisi 13 avqust 1992-ci ildə Adıgey hakimiyyətinin 234 nömrəli «Laqo-Naki otlaqlarının Qafqaz dövlət biosfer qoruğuna verilməsi haqqında» qərarına əsasən verilmişdir.

Yayla yamacında dağ-xizək turizm bazası yerləşir. Laqo-Nakidən № 30 saylı ümumrusiya turist marşrutu keçir. Əvvəllər bu marşrut «Ekoloji turizm marşrutu 1» adlanırdı. Yayla kənarlarında, çay vadilərdə relikt qarışıq meşələr mövcuddur.

Laqo-Naki yaylasında karst proseslər aktivdir. Ərazidə karst qıfları və mağaralar üstünlük təşkil edir. Bunlardan ən böyükləri Böyük və Kiçik Aziş mağaralarıdı.

Yayla iki silsilə arasında yerləşir: şərqdən onu Kamennoe more silsiləsi, qərbdən isə Messo silsiləsi əhatələyir. Cənub-qərbdən isə Fişt-Oşten dağ massivinə birləşir. Yayla yarım meyilli rifogen əhəng daşlı süxurlardan təşkil olunub. Yura dövrünə aid olan bu süxurlar iri və kişik çaylar vasitəsi ilə dar kanyonlara parçalanıb. Kanyonların hündürlüyü 10 metr və daha yüksəkdir. Ərazidə olan çox saylı kanyonlar və daş dənizləri ərazidə hərəkətin çətinləşməsinə səbəb olur. Laqo-Naki yaylasında Belaya (Kubanın qolu), Kurjips və Sisa çayları başlağıcını götürür. Bölgədə çoxlu termal bulaqlar mövcuddur. Bəzilərinin temperaturu +50 C yaxındır.[7]

Qafqaz rododendronu, alçaq boylu ardıc, qaymaqçiçəyi, unutmaməni, pişikotu, kəklikotu, şam, ağcaqayın, şümşadfıstıq kimi bitkilər yayla üçün xarakterikdir.

  • Лозовой С. П. Лагонакское нагорье. — Краснодар: Кн. изд-во, 1984. — 160, [16] с.
  1. 1 2 Ковешников В. Н. Очерки по топонимике Кубани. — Краснодар, 2006. — 252 с.
  2. Казеев К. Ш. и др. Зональная изменчивость почв Северного Кавказа //Известия Российской академии наук. Серия географическая. — 2006. — №. 5. — С. 36-45.
  3. Костин П. А. Карст массивов Фишт, Оштен, плато Лаго-Наки и прилегающих территорий //Северный Кавказ, Ставрополь. — 1969
  4. "Плато Лаго-Наки". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.
  5. Sitat səhvi: Yanlış <ref> teqi; Ковешников adlı istinad üçün mətn göstərilməyib
  6. "Описание границ Кавказского заповедника". 2021-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.
  7. "Плато Лаго-Наки в Адыгее". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.