Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
2007-ci ildə yaradılmış "PAŞA Bank" ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. PAŞA Bank, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə — aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.
“PAŞA Bank” ASC | |
---|---|
PAŞA Bank Açıq Səhmdar Cəmiyyəti | |
Ümumi məlumatlar | |
Tipi | Korporativ Bank |
Sənaye | Bank sektoru |
Məhsulu | Bank məhsulları |
Təsis tarixi | 18 iyun 2007 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | 84,252 milyon manat[1] |
Rəhbərlik | |
Rəhbərlik |
(Baş İcraçı direktor və İdarə heyətinin sədri) |
pashabank.az | |
Vikianbarda əlaqəli mediafayllar |
PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır və aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir. 31 dekabr 2022-ci il tarixinə olan konsolidə olunmuş göstəricilərə görə Bankın kapitalı 648 mln AZN, aktivlərinin həcmi isə 9,218 mln AZN təşkil edib. Aparıcı banklardan biri olan PAŞA Bank, davamlı və sabit inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir.
PAŞA Bankın baş ofisi Bakıda yerləşir. Bankın paytaxtda və ölkənin bölgələrində ümumilikdə 5 biznes-mərkəzi, 3 filial və 1 mübadilə şöbəsi fəaliyyət göstərir. 2013-cü ildən etibarən Bank Gürcüstanda, 2014-cü ildən isə Türkiyədə təmsil olunur. Törəmə bankları vasitəsilə regional şəbəkə yaradan PAŞA Bank, beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaradıb. Bununla Bank, bölgənin üç ölkəsində işgüzar prosesləri birləşdirəcək "Bakı-Tbilisi-İstanbul" fəal ticarət üçbucağı yaratmağı planlaşdırır.
"PAŞA Yatırım Bankası" A. Ş. (Türkiyə törəmə şirkəti) öz fəaliyyətini sağlam maliyyə bazası olan, qətiyyətlə inkişafa doğru irəliləyən və həm müştərilərinin, həm də əməkdaşlarının gələcəyinə dəyər qatan beynəlxalq bir bank olmaq istiqamətində qurub. Bank, korporativ və kommersiya bankçılığı, investisiya bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq xidmətləri və digər bank xidmətləri göstərməklə fəaliyyətini sürətlə genişləndirməkdədir.
"PASHA Bank Georgia" SC (Gürcüstan törəmə şirkəti) korporativ və investisiya bankçılığı sahəsində iri, orta və kiçik müəssisələrə xidmət göstərir. Bank, müştərilərin maraqlarını korporativ strategiyanın əsas elementi müəyyən etməklə davamlı yüksəlişə hədəflənən fəaliyyət istiqaməti seçib. Bank, kredit, depozit, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatları (qiymətli kağızlar, valyuta mübadiləsi, forvard, svap, opsion) internet bankçılığı və digər məhsullar təklif edir.
PAŞA Bank, dəfələrlə maliyyə yönümlü beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən investisiya, özəl-bankçılıq xidmətlərinin təklifi, KSM proqramı və s. İstiqamətlər üzrə Azərbaycan bazarının lideri kimi tanınıb. 2011, 2012 və 2013-cü illərdə PAŞA Bank, "EMEA Finance" tərəfindən "Azərbaycanın ən yaxşı investisiya bankı" elan olunub. Həmçinin PAŞA Bank, 2013-cü ildə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" mükafatına və "Europe Banking Awards 2012" çərçivəsində özünün Korporativ Sosial Məsuliyyət proqramına görə "Avropada ən yaxşı bank" adına layiq görülüb. Həmçinin dünyanın aparıcı maliyyə institutlarından biri olan "Commerzbank AG" tərəfindən təsis olunmuş xüsusi "Trade Award" mükafatı 2014-cü ilin yekunlarına görə ticarətin maliyyələşdirilməsi sahəsində Azərbaycanın ən fəal bankı kimi PAŞA Banka təqdim olunub. 2014–2015-ci illərdə "EMEA Finance" tərəfindən "Azərbaycanın ən yaxşı bankı" nominasiyasında qalib kimi PAŞA Bank seçilib.
2016-cı ildə Bank, "World Finance" jurnalı tərəfindən "Ən yaxşı bank qrupu" və "Ən yaxşı kommersiya bankı", "Global Finance" jurnalı tərəfindən isə "Ən yaxşı bank" mükafatları ilə təltif olunub. 2017-ci ildə PAŞA Bank, "EMEA Finance" tərəfindən "Azərbaycanın ən yaxsı bankı", "Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ Sosial Məsuliyyət proqramı" və "Azərbaycanın ən yaxşı investisiya bankı", "Global Finance" və "Euromoney" tərəfindən "Azərbaycanın ən yaxsı bankı" adlandırılıb. 2018-ci ildə PAŞA Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birgə təşkil olunan müsabiqə çərçivəsində "Təmassız POS terminal infrastrukturu üzrə lider bank", "Global Finance" tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və "Ən yaxşı özəl bank", "The Banker" tərəfindən "İlin bankı" adlarına, eləcə də "Sap Value Award" mükafatına layiq görülüb. Bununla yanaşı, "World Finance" jurnalı PAŞA Bankı 2018-ci il üçün "Azərbaycanın ən yaxşı kommersiya bankı" mükafatı ilə təltif edib.
2019-cu ilin yekunlarına görə PAŞA Bank "Korporativ Sosial Məsuliyyət proqramı" və "Ən fəal təhsil dəstəkçisi", 2020-ci il ilin nəticələrinə əsasən isə "Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü", "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü", "Elektron Bankçılıq", "Korporativ Sosial Məsuliyyət" və "Ən fəal təhsil dəstəkçisi" nominasiyaları üzrə qalib seçilib. Eyni zamanda, PAŞA Bank, "İnternet bankçılıq xidməti üzrə lider bank", "Təmassız ödənişlər üzrə lider bank" və "Təmassız POS-terminal infrastrukturu üzrə lider bank" elan edilib.
2020-ci ildə "EMEA Finance" jurnalı tərəfindən PAŞA Bank "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı investisiya bankı" kimi fərqləndirilib. Həmçinin Bank, Mərkəzi və Şərqi Avropa və MDB ölkələri bazarlarında fəaliyyət göstərən maliyyə qurumları arasında "Ən yaxşı bank məhsulu" və "Ən yaxşı Korporativ Sosial Məsuliyyət proqramı" nominasiyalarının qalibi də seçilib.
2021-ci ildə Bankın "Onlayn kredit" məhsulu regionda KOS üçün "Ən yaxşı bank məhsulu" seçilib. Eyni ildə Azərbaycanda POS-terminal dövriyyəsinin həcminə görə PAŞA Bank "Best F2F Acquirer" adına layıq görülüb.
Beynəlxalq reytinq:
"Standard & Poor's" agentliyi, fevral, 2023 il: uzunmüddətli "B+" / qısamüddətli "B"
"Standard & Poor's" agentliyi, iyun, 2022 il: uzunmüddətli "B+" / qısamüddətli "B"
PAŞA Bank bu gün 1.200 nəfərdən çox ixtisaslı əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. Biz, Bankın ən iri regional maliyyə təşkilatlarından birinə çevrilməsi üçün çalışır, beynəlxalq standartlara uyğun məhsul və xidmətlər təklif edirik. Biz, Azərbaycanda iri investisiya holdinqi kimi tanınan və sığorta, tikinti, turizm və biznesin digər istiqamətlərində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsiyik. Biz, Azərbaycanın ən gənc, eyni zamanda, ən iri banklarından biri olaraq daim əlimizi maliyyə və texnoloji dəyişikliklərin nəbzində tutur, bazarın müasir tendensiyaları ilə ayaqlaşmaqla, müştərilərimizin üstünlük verdikləri məsələlərdə məmnuniyyəti daha da artırmaq üçün beynəlxalq təcrübəni və ən yeni texnologiyaları inamla mənimsəyirik.
Səhmdar | Səhm payı |
---|---|
PAŞA Holding MMC | ≈ 56,8195% |
ADOR MMC | ≈ 28,1796% |
Arif Paşayev | ≈ 9,9944% |
Mir Camal Paşayev | ≈ 5,0066% |
İdarə Heyətinin üzvü | Vəzifə |
---|---|
Cavid Quliyev | İdarə heyətinin sədri və Baş İcraçı direktor[12] |
Bəhruz Nağıyev | İdarə heyəti sədrinin müavini |
Pərvin Əhədzadə | İdarə Heyətinin üzvü və Baş Risk İnzibatçısı |
Murad Süleymanov | İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı |
Cəlal Orucov | İdarə Heyətinin üzvü və Baş Əməliyyat İnzibatçısı |
Müşahidə Şurasının üzvü | Vəzifə |
---|---|
Mir Camal Paşayev | Müşahidə Şurasının sədri[13] |
Fərid Axundov | Müşahidə Şurasının üzvü[14] |
Vadim Şneyer | Müşahidə şurasının üzvü[14] |
Nəriman Sərdarlı | Müşahidə Şurasının üzvü[14] |
Şahin Məmmədov | Müşahidə Şurasının üzvü[14] |
Filial | Ünvan |
---|---|
"Baş Ofis" | Bakı, Yusif Məmmədəliyev küçəsi, 13 |
"Fərdi Bankçılıq" şöbəsi | Bakı, Yusif Məmmədəliyev küçəsi, 12 |
"Bridge Plaza" şöbəsi | Bakı, Bakıxanov küçəsi, 6 |
"Port Baku" şöbəsi | Bakı, Neftçilər prospekti, 153 |
"Landmark" şöbəsi | Bakı, Nizami küçəsi, 96E, Landmark I |
"Şüvəlan" şöbəsi | Bakı, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, 68 |
"Sədərək" şöbəsi | Bakı, Qaradağ rayonu, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolu |
"Ağ şəhər" mübadilə şöbəsi | Bakı, "Bulvar" Otel, Xaqani Rüstəmov küçəsi, 4C |
"Gəncə" filialı | Gəncə, Nizami rayonu, Atatürk prospekti, 242 |
"Zaqatala" filialı | Zaqatala, Fikrət Əmirov küçəsi, 57A |
"Quba" filialı | Quba, Xurşidbanu Natəvan küçəsi, 35 |
"PAŞA Yatırım Bankası" A. Ş. (Türkiyə törəmə şirkəti) — öz fəaliyyətini sağlam maliyyə bazası olan, qətiyyətlə inkişafa doğru irəliləyən və həm müştərilərinin, həm də çalışanlarının gələcəyinə dəyər qatan beynəlxalq bir bank olmaq istiqamətində qurub. Bank Korporativ və Kommersiya Bankçılığı, İnvestisiya Bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq xidmətləri və digər bank xidmətləri göstərməklə fəaliyyətini sürətlə genişləndirməkdədir.[19]
"PASHA Bank Georgia" SC (Gürcüstan törəmə şirkəti) — korporativ və investisiya bankçılığı sahəsində iri, orta və kiçik müəssisələrə xidmət göstərir. Bank müştərilərin maraqlarını korporativ strategiyanın əsas elementi müəyyən etməklə davamlı yüksəlişə hədəflənən fəaliyyət istiqaməti seçib. Bank kredit, depozit, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatları (qiymətli kağızlar, valyuta mübadiləsi, forvard, svop, opsion) internet bankçılığı və digər məhsullar təklif edir.[20]
PAŞA Bank bir neçə dəfə beynəlxalq maliyyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən müxtəlif istiqamətlər, o cümlədən investisiya, özəl-bankçılıq xidmətlərinin təklifi və s. üzrə Azərbaycan bazarının lideri kimi tanınıb:
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |