Pakistan–Türkiyə münasibətləri

Pakistan–Türkiyə münasibətləriPakistan İslam RespublikasıTürkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər.

Pakistan–Türkiyə münasibətləri
Pakistan və Türkiyə
 Pakistan  Türkiyə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pakistan dövləti Ankara şəhərində səfirlik, İstanbulda baş konsulluq və İzmirdə fəxri konsulluq səviyyəsində təmsil olunur. Eyni zamanda Türkiyə dövləti də İslamabad şəhərində səfirlik, Kəraçi şəhərində baş konsulluq, Lahor, Pişəvər, SialkotFeysəlabad şəhərində fəxri konsulluq səviyyəsində təmsil olunur. 2016-cı ildə imzalanmış birgə kommunikeyə əsasən Pakistan və Türkiyə ikitərəfli əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılıq əldə etmişdir.[1][2]

Tərəflər arasındakı əlaqələr hər iki dövlət müstəqillik əldə etməzdən əvvəlki tarixə gedib çıxır. Belə ki, hələ Türkiyə İstiqlaliyyət müharibəsi zamanı Britaniya Hindistanının şimal-qərb bölgəsində yaşayan müsəlmanlar türklərə maliyyə yardımı göndərmişdir. Pakistan və Türkiyə dərin mədəni, tarixi və hərbi əlaqələrə malikdir. Hal-hazırda bu əlaqələr iqtisadi sahələrdə də inkişaf etməkdədir. Türkiyə hökuməti Pakistanın Kəşmir məsələsindəki mövqeyini dəstəkləyir.[3][4] Türkiyə, həmçinin Pakistanın Nüvə Təchizatçıları Qrupuna üzvlüyünü də dəstəkləyir.[5]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Parlamenti olan Milli Assambleyanı üç dəfə ziyarət etmiş ilk xarici dövlət başçısıdır.[6] 2016-cı ilə olan məlumata əsasən Ərdoğan indiyə qədər Pakistana 7 dəfə ziyarət etmişdir.[7] PakistanTürkiyə Hərbi Hava Qüvvələri arasında imzalanmış müqaviləyə əsasən Pakistan tərəfi öz istehsalı olan 52 ədəd Super Mushshak təlim təyyarələri ilə təchiz edəcək. Bu təyyarələrin türk pilotların əsas təlim təyyarəsi olacağı gözlənilir.[8][9][10]

İki dövlət arasında imzalanmış azad ticarət müqaviləsinə əsasən tərəflər arasındakı ticari əlaqələr 2020-ci ilə qədər 10 milyard ABŞ dolları həcmində olacaq.[11][12] Pakistan və Türkiyə arasındakı hərbi əlaqələrə hər iki ölkənin Hərbi Dəniz qüvvələri arasında baş tutmuş təlimləri də misal göstərmək olar.[13] Pakistan Kipr[14]Qarabağ[15] kimi vacib məsələlərdə Türkiyənin mövqeyini dəstəkləyir. Pakistan Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvüdür və bu ölkə ilə diplomatik əlaqələri yoxdur. Türkiyə də Kəşmir məsələsində Pakistanın tutduğu mövqeni dəstəkləyir[16] və Hindistanın nəzarəti altında olan Kəşmir bölgəsində müsəlman əhalinin hüquqlarının tapdalandığını bəyan edir.[17] Ümumilikdə, hər iki ölkə arasında müdafiə və diplomatiya sahəsində olduğu kimi iqtisadi münasibətlər də hər il inkişaf etməkdədir.[18]

  1. "Turkey, Pakistan vow to strengthen ties further". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  2. "Pakistan, Turkey vow to transform ties into strong strategic partnership". 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  3. "Kashmir dispute should be solved according to Kashmiris' will: Erdogan – Pakistan – Dunya News". 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  4. "Army chief praises Erdogan's address in parliament – Pakistan – Dunya News". 2018-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  5. "Turkish President Erdogan arrives in Islamabad". 16 noyabr 2016. 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  6. "Pak-Turkey ties: Erdogan addresses Parliament, offers sage advice – The Express Tribune". 21 may 2012. 27 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2017.
  7. Sumbal, Malik Ayub. "Can Pakistan save Erdogan?". 2018-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  8. "The Post-Coup Purge of Turkey's Air Force". 19 sentyabr 2016. 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  9. "Pakistan to supply 52 Super Mushshak jets to Turkey – Pakistan – Dunya News". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  10. "Pakistan signs agreement with Turkey to sell 52 Super Mushak basic trainers". www.geo.tv. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  11. Şafak, Yeni. "Pakistan to be an export hub for Turkish firms". Yeni Şafak. 2017-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  12. Şafak, Yeni. "Turkey, Pakistan FTA to be signed before 2017". 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  13. "Turkey & Pakistan conduct bilateral naval exercise". 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  14. "Hürriyet Daily News – Archive news detail". Hürriyet Daily News – LEADING NEWS SOURCE FOR TURKEY AND THE REGION.[ölü keçid]
  15. "Azerbaijan to hold joint military exercises with Pakistan". www.geo.tv. 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  16. "Dailytimes – Pakistan, Turkey agree to deepen trade, defence relations". 2017-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  17. "Turkey backs Pakistan's stance on sending team to probe human rights violation in Kashmir". 2 avqust 2016. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  18. APP. "Pakistan, Turkey FTA negotiations make headway". 24 dekabr 2016. 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]