Palıd diserkası

Palıd diserkası (lat. Hemidicera fritillum) — Sərtqanadlılar dəstəsinə, Qızıl böcəklər fəsiləsinə aid növ.Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır.

Palıd diserkası
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Hemidicerca fritillum

Böcəyin bədəninin uzunluğu 15 – 21 mm-dir rəngi parlaq bürüncüdür. Qanadüstlükləri yaşıl parıltıya malikdir, üzəri boylama nöqtəli – şırımlıdır. Bədəninin alt tərəfi ağ tükcüklərlə örtülüdür, pəncələri uzundur.[1]

Yayılması və Sayı

[redaktə | mənbəni redaktə et]

İran, Türkmənistan, Azərbaycan (Talış, Samux). 1927-ci ildə V.Nazarova tərəfindən Lənkəranda 8 fərd, 1936-cı ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 3 fərd, 1940-cı ildə E.Hauser tərəfindən Samuxda 1 fərd qeydə alınmışdır. Son illərdə rast gəlinməmişdir.[2]

Azərbaycanda Hirkan tipli meşələr və Talış dağlarının orta dağlıq zonası, rütubətli palıd meşələri. Ekologiyası ətraflı öyrənilməmişdir. Çox güman ki, böcək və onların sürfələrinin inkişafı şabalıd yarpaqlı palıdla əlaqədərdir.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Hirkan Milli Parkında qorunur. Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Böcəyin Hirkan Milli Parkından kənarda olan yaşayış yerlərinin də qorunmasını təşkil etmək, onun sayi və yayılma arealı barədə yeni məlumatların əldə edilməsi üçün hər il yasayis ərazilərinə monitorinqlər təşkil edilməlidir.

  1. Богачев А.В. Животный мир Азербайджана. Академия Наук Азербайджанской ССР, Баку, 1951, с. 326;
  2. Azərbaycanın Qırmızı Kitabı, II cild, 2013
  1. Богачев А.В. Животный мир Азербайджана. Академия Наук Азербайджанской ССР, Баку, 1951, с. 326;
  2. Рихтер А.А. Златки (Buprestidae) \\ Фауна СССР. Насекомые – жесткокрылые, т. XIII, ч. 4, М.-Л., Изд-во АН СССР, 1952, 234 с;
  3. Самедов Н.Г. Об охране некоторых групп и видов жесткокрылых насекомых. Ереван, 1976, Изд. АН Армянской ССР, с. 103 - 107.
  4. Azərbaycanın Qırmızı Kitabı, II cild, 2013