Pangong-Tso (Hindi: पांगोंग त्सो) — Himalay dağlarında axarsız göl. Göl dəniz səviyyəsindən 4350 metr yüksəklikdə yerləşir. Göl Hindistan və Çin sərhəddi boyu 134 km uzanır. Pangong-Tsonun 60 %-i Çin ərazisində yerləşir. Ən enli yeri 5 km-dir. Suyu duzlu olsada, qış aylarında göl tam donur. Göl Ramsər konvensiyasına (Su quşlarının əsas məskəni olan, beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri haqqında konvensiya) aiddir. Bu Asiyada konvensiyaya düşən ilk sərhəd gölüdür.
Pangong-Tso | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 4250 m |
Eni | 5 k |
Uzunluğu | 134 k |
Sahəsi | 700 km² |
Dərin yeri | 100 m |
Yerləşməsi | |
33°43′ şm. e. 78°53′ ş. u. | |
Ölkələr | |
Regionlar | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göl Çin və Hindistan arasında olan mübahisəli ərazi daxilindədir. Gölün bir hissəsi (20 km) ÇXR-nın ərazisinə aiddir. Ancaq Hindistan bu bölgəyə iddialıdır. Bundan başqa gölün bir hissəsi (şərqi) Tibet ərazisinə aiddir, Hindistan bunu qəbul edir. Çin dövlətidə Hindistanın gölün qərb hissəsinə sahib olmasına iddalı deyil. Kxuran fortu (33°46′00″ şm. e. 79°00′00″ ş. u.) gölün şimal sahilində yerləşir.[1] 1952-ci ildən buraya çinlilər nəzarət edir.[2] 1962-ci il 20 oktyabrda (Çin və Hindistan arasında sərhəd münaqişəsi) göl hərbi münaqişə bölgəsi olmuş.[3] Münaqişə nəticəsində göl üç hissəyə bölünmüş: Çin və Hindistan ərazisi, eləcə də mübahisəli ərazi.[4]
Şor sulu[5] Pangong-Tso gölü canl aləmdən məhrumdur. Çox az miqdarda xərçəngkimilər yaşayır. Göl ətrafında çoxillik ot və kol bitkiləri üstünlük təşkil edir. Göl köç edən quşların dayanacaq yeri hesab olunur. Yay aylarında dağ qazı və qırmızı anqut göl ətrafında məskən salır.[6] Sahildə tez-tez kianq və marmotlara rast gəlinir.
Geoloji dövr üzrə gölün dərinliyi 5 metr azalmış.[5] Vaxtilə göl Şayok çayı ilə əlaqəli olmuş. Bu çay Hind çayının hövzəsinə aid idi. Əlaqə sonradan təbii formada yaranmış bənd nəticəsinə kəsilmiş. Hindistan ərazisindən gölə iki çay tökülür və göl ətrafında bartaqlıq yaranmış.
Lex şəhərindən gölə gedən 5 saatlıq yol çox pis vəziyyətdədir. Yol Şeya və Qeya kəndlərindən keçir. Çanq La aşırımında kiçik sərhəd məntəqəsi və çayxana var. Sonra yol Tanqste kəndinidən və Paqal Haala çayyından keçir. May-sentyabr ayları turistlər üçün əlverişlidir. Əraziyə qayıqla gəlmək qadağandır.
Göl sahilində bolivud istehsalı olan "3 axmaq" filminin kadrları çəkilmiş.