Cammu və Kəşmir — Hindistanın şimalında ştat.[1]
Ştat | |
Cammu və Kəşmir | |
---|---|
ing. Jammu and Kashmir | |
34°00′ şm. e. 76°30′ ş. u.HGYO |
|
Ölkə | Hindistan |
İnzibati mərkəz | Cammu (qış), Srinaqar (yay) |
Ən böyük şəhəri | Srinaqar |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 26 oktyabr 1947 |
Ləğv edilib | 30 oktyabr 2019 |
Sahəsi | 222,236 km² |
Hündürlük | 327 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 12,541,302 nəfər (2011) |
Əhalinin sıxlığı | 56 nəfər/km² |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | IN-JK |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəşmirin tarixi də qədimdir. Hələ eramızdan min illər əvvəl bu ərazilər insanlar tərəfindən məskunlaşdırılmışdı. Qədim İpək yolunun üzərində yerləşməsi səbəbindən Kəşmir və ətraf ərazilər böyük ticarət mərkəzinə çevrilmişdi. Kəşmirin paytaxtı Sriniqar o dövrdə bölgənin ən böyük ticarət, elm və mədəniyyət mərkəzlərindən hesab edilirdi. Eramızın əvvəllərindən başlayaraq, Kəşmirdə buddizm geniş yayılmışdı. X-XI əsrlərdən başayaraq, isə Kəşmirdə İslam sürətlə yayılaraq ölkənin əsas dinlərindən birinə çevrildi. Hazırda Kəşmirin şimalında müsəlmanlar, cənubunda induislər, şərqində isə buddistlər çoxluq təşkil edirlər.
Sahəsi 222,2 min km2 -dir.[1]
Əhalisi 12,5 milyon nəfərdir(2011), tərkibi əsasən, kəşmirlilərdən ibarətdir.[1]
İnzibati mərkəzi Srinaqar (qış paytaxtı – Cammu) şəhəridir. Ərazisini Qaraqorum və Qərbi Himalayın dağ silsilələri kəsir. Buzlaqlar var. Dağ yamacları iynəyarpaqlı və enliyarpaqlı meşələrlə örtülüdür. İqlimi subtropik, mussondur. Mühüm çayları Hind (qolu Kilkitlə) və Celamdır. Cammu və Kəşmirin bir hissəsi Pakistan hökuməti tərəfindən idarə olunur.[1]
Ştatın iqtisadiyyatı kənd təsərrüfatına və turizmə (Şilimar bağları, hinduist ziyarətgahları) əsaslanır. İpəkçilik, balıq ovçuluğu, ixrac üçün kənd təsərrüfatı məhsullarının (meyvə, tərəvəz, dənli bitkilər, zəfəran) və kustar məmulatların (xalça və şal) istehsalı, ağac emalı (kriket toxmaqlarının hazırlanması), bağçılıq inkişaf etmişdir.[1]