Pannon rusinləri — Rusinlərə aid olan etnik qrup. Əsasən Serbiyanın muxtar ərazisi olan Voevodina və Xorvatiyada yayılmışdır.
Ümumi sayı | |||
---|---|---|---|
16 182 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
İrqi | |||
Avropoid | |||
Dini | |||
Qohum xalqlar | |||
Rusinlər Xorvatiya və Serbiya ərazisinə Avstriya-Macarıstan İmperiyası dönəmində azad vətəndaşlar olaraq indiki Şərqi Sloveniyadan gəlmişlər. Onların bir qrupu özlərinmi ukraynalılar[1], digərləri isə rusinlər hesab edir. Serbiyada ayrıca xalq hesab edilirlər. Cənubi rusin dili Voevodina ərazisində altı rəsmi dildən biri sayılır. .
2011-ci il siyahıya alınmasına görə Voevodina ərazisində 14 246 rusin yaşayır (1981-ci ildə sayları 23 min idi). Rusinlərin mədəni mərkəzi Kula dairəsində olan Ruski-Krestur kəndidir. Rusinlərin üstünlük təşkil etdiyi kəndlər — Kosur və Bikiç Dol (Şid dairəsi). Rusinlər həmcinin Şərqi Slovakiyada və Xorvatiya ərazisində yayılmışlar. Onlar Petrovsı kəndində kəndində kompakt şəkildə yaşayırlar.
Rusinlərin böyük qismi yunan-katolik kilsəsinin ehkamlarına əsasən ibadət edirlər. Rusinlərin bir qismi provaslav məzhəbindədir. Onlar serb provaslav kilsəsinin Baçka eparxiyasına aid kilsələri ziyarət edir. 2003-cü ildə Serbiya və monteneqro həvvari ekzarxatı təsis edilmişdir. Onun mərkəzi isə Ruski Kerestur kəndində yerləşir. Exzarxat Serbiyanın Ukraynadakı səfirliyi ilə sıx əməkdaşlıq edir. Müntəzəm olaraq təcrübə üçün Ukraynaya tələbələr göndərilir. Exazarxata yepiskop Yuri Cucar rəhbərlik edir[2].
Bəzi dilçilər pannon rusinlərinin dilinin rusin dilindən fərqli olaraq şərqi slaviyan dili ilə deyil qərbi slaviyan dilinə daha yaxındır. Rusinlər Şərqi Slovakiyadan və Zakarpatiyadan Pannona XVIII əsrdə gəlmişlər. Rusinlərin bir qismi özünü ukraniyalı hesab edir. Bəziləri isə ayrıca xalq olduğunu düşünür. Bununla yanaşı Voevodinada XIX əsrdə Qalisiyadan gəlmişlər. Onlar Avstriya–Macarıstan imperiyası dönəmində Karpat rusinləri ilə birlikdə eyni xalq sayılırdılar.
Ruin dilinin ilk normativ qrammatikasının müəllifi Qavriil Kostelnik olmuşdur. O, da bir şair, tənqidçi və ilk rusin nəsr yazıçısı idi. Onun işini Dyora Papqarqai vəMixail Kovaç davam etdirmişdir.