Pantera (musiqi qrupu)

Pantera1981-ci ildə Texasda yaranmış heavy metal qrupu.

Pantera
Pantera
Saat əqrəbi istiqamətində yuxarı soldan: Daymbeq Darrell, Fil Anselmo, Reks Braun və Vinni Pol
Saat əqrəbi istiqamətində yuxarı soldan: Daymbeq Darrell, Fil Anselmo, Reks Braun və Vinni Pol
Əsas məlumatlar
Üslub qlem-metal, həvi-metal (1981—1989)
treş-metal (1988—2003)
qruv-metal (1990—2003)
Fəaliyyət illəri 19812003
Ölkə ABŞ ABŞ
Şəhər Arlinqton, Texas
Leybl Metal Magic
Atlantic Records
East West Records
Atco Records
Heyət Daymbeq Darrell
Vinni Pol
Reks Braun
Fil Anselmo
Keçmiş üzvlər Donni Hart
Terri Qleyz
Tommi Bredford
Digər layihələr Damageplan
Down
Hellyeah
Superjoint Ritual
Necrophagia
Southern Isolation
www.officialpantera.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1981-ci ildə yaranmış heavy metal qrupudur. Klassik Thrash Metal qruplarından Slayer, Metallica, MegadethAnthrax ilə birlikdə heavy metal tarixinin çox əhəmiyyətli qruplarından biri hesab edilir. Baxmayaraq ki, qrup glam metal ilə musiqi karyerasına başlamışdı, amma Pantera 80-ci illərin sonlarında öz musiqi istiqamətini Slayer, Metallica, MegadethBlack Sabbath kimi ənənəvi metal qrupların təsiri nəticəsində dəyişdi. Bundan sonra kollektiv groove-metalın əsas yaradanlarından biri oldu. Bu musiqi növünü həm də post-treş metal da adlandırırdılar.

Pantera öz ticari müvəffəqiyyətinə yarandığı ildən 9 il sonra Elektra Records etiketiylə çıxardığı "Cowboys from Hell" albomu ilə nail oldu. Bundan sonra qrup 90'cı illərin ən məşhur metal qruplarından oldu. Panteranın ilk dördlüyünə tənqidçilərin soyuq münasibət bildirməsinə baxmayaraq, doxsanıncı illərdə qrupun bu stilini bəyənirdilər. AllMusic'dən olan Ceyson Birçmeyer Pantera qrupunu, «90'cı illərin ən yaxşı metal qrupu və … bütün dövrlərin ən yaxşı və ən nüfuzlu metal qrupu» hesab edirdi. Qrup VH1 "Ağır rokun ən yaxşı 100 ifaçısı" sıralamasında 45-ci yerə və MTV'nin "Bütün dövrlərin ən yaxşı 10 metal qrupu" sıralamsında 5-ci yerə layiq görülmüşdür.

Pantera, qrup daxilində olan uzun müddətli münaqişələrə görə 2003-cü ildə dağıldı. Növbəti il Pantera'nın gitaristi Daymbeq Darrel öz yeni qrupu Damageplan ilə səhnədəki çıxışı zamanı psixi problemləri olan Pantera fanatı tərəfindən səhnədə vuruldu.

Yaranması və erkən glam illər (1981 - 1987)

[redaktə | mənbəni redaktə et]

Pantera qrupunun əsası 1981-ci ildə yaşları 15-17 yaş arası olan 4 məktəb yoldaşı tərəfindən qoyulmuşdur. Qrupun ilkin tərkibinə vurma alətlər çalan Vinni Pol Ebott, onun kiçik qardaşı gitara çalan Darrell Ebott, bas-gitara çalan Tommi Bredford, gitara çalan Terri Qleyz və vokalist Donni Hart daxil idi. Onlar ilk başlarda Texasdakı gecə klublarında KissVan Halen kimi qrupların mahnılarını kover edirdilər. Bu koverlərlə yanaşı glam-metal stilindəki öz mahnılarını da səsləndirirdilər.

1982-ci ildə Donni Hart kollektivi tərk etdi və Terri Qleyz Darrelli gitarada tək qoyaraq qrupun vokalisti oldu. Növbəti il bas-gitarist Tommi Bredford də həmçinin qrupdan ayrıldı və onu Reks Braun əvəz etdi. Pantera andeqraunda-a favorit oldu, onlar Texas, Oklahoma və Luiziana üzrə regional turlar keçirdilər. Qrup Stryper, DokkenQuiet Riot kimi qrupların açılış qrupu oldu və öz növbəsində qrupun Metal Magic adlı debüt albomu da bu turnedə populyarlaşdı. Metal Magic 1983-cü ildə Abbott qardaşlarının atası Jerry Abbott'un Pantego studiyasında yazıldı.

1984-cü ildə, Pantera "Projects in the Jungle" adlı ikinci studiya albomunu yayımladı. Həmçinin "All Over Tonight" mahnısına qrupun birinci videoklipi çəkildi. "Projects in the Jungle" albomu da birinci albom kimi Jerry Abbott'un "Metal Magic Records" şirkəti ilə yayımlandı.

1985-ci ildə, Pantera Metal Magic Records-dan "I Am the Night" adlı yeni albomunu yayımladı. "Projects in the Jungle" ilə müqayisədə bu albom daha ağır idi, ancaq qrupun stili hələ də glam-metal olaraq qalırdı. Beləliklə mətbuat qrupa daha çox diqqət ayırmağa başladı. Bəzi tənqidçilərə görə "I Am the Night" qrupun bir çox fanatları tərəfindən çətinliklə qəbul olunan bir albom oldu. Amma buna baxmayaraq, "I Am the Night" albomu təxminən 25,000'lik satış rəqəmi əldə etdi. Qrupun ikinci videoklipi "Hot and Heavy" mahnısına çəkilmişdi.

Yeni vokalist (1987 - 1989)

[redaktə | mənbəni redaktə et]
Phil Anselmo

1986-cı ildə dünya üzrə bir çox treş metal albomlarının çıxması, Pantera'nın musiqi stilinin formalaşmasına böyük təsir göstərdi. Slayer'in "Reign in Blood", Megadeth'in "Peace Sells...But Who's Buying?", Metallica'nın "Master of Puppets" albomu bunlardan ən tanınmışlarıdır. Vokalist Terrensa Li'nin qlam metalı yumşaq səsləndirməsi qrupu qane etmirdi və o Pantera'nı tərk etdi. Qrup yeni vokalist axtarışına başladı.

Qrup bir neçə müvəqqəti vokalist dəyişdi. Matt L'amour və David Peacock kimi müvəqqəti vokalistlərdən sonra nəhayət 1987-ci ildə Nyu-Orleandan olan musiqiçi Phil Anselmo vokalist kimi qrupa daxil oldu. Anselmo əvvəl SamhainRazorwhite qruplarının vokalisti idi.

Pantera 1988-ci ildə Phil Anselmo ilə Power Metal adlı ilk albomunu çıxartdı. Albom o zamanlar ağır hard rok və treş metalın qarışığı idi. Bu albom da əvvəlki albomlar kimi Metal Magic Records'dan yayımlandı. Bu albom Pantera'nın 90'cı illərdəki qlam metal musiqisini əhatə edirdi. Qrup üzvləri, "Power Metal" da daxil olmaqla hazırladığı əvvəlki 4 albomdan uzaqlaşaraq öz yeni musiqi janrını yaratdı və qruv metala doğru imic dəyişdirdi. Qrupun əvvəlki 4 albomu, artıq qrup dinləyiciləri üçün bir kolleksiya oldu.

Cowboys from Hell (1989 - 1991)

[redaktə | mənbəni redaktə et]

Power Metal albomu yayımlandıqdan bir müddət sonra o zamanki tanınan adı ilə "Diamond Darrell", Megadeth'in boşalan gitarist yeri üçün qrupa dəvət edildi. Darrell bu təklifi rədd etdi və Megadeth'in solisti Dave Mustaine onun yerinə Marty Friedman'ı qrupa daxil etdi. Abbott qardaşları qrup üzərində fikirlərini cəmlədirlər və Pantera 1989-cu ildə öz ticari uğurunu əldə etdi.

Qrup iki thrash metal qrupu olan ExodusSuicidal Tendencies ilə Cowboys from Hell turuna başladı. 1991-ci ildə Robert Xelford Pantera'nın Judas Priest konsertini açanda musiqiçilərlə birgə çıxış etdi. Qrup Moskvada Tuşinskiy aerodromunda keçirilən «Monsters in Moscow» konsertində AC/DCMetallica ilə birgə çıxış etməklə Sovet Birliyinin 1991-ci il dağılma dönəmində qərb musiqisini təmsil edərək yarım milyondan çox insan izdihamı qarşısında ifa etdi.

Vulgar Display of PowerFar Beyond Driven (1992–1994)

[redaktə | mənbəni redaktə et]

Pantera'nın bənzərsiz "groove" stili, 1992-ci il 25 fevral tarixli "Vulgar Display of Power" albomunda öz meyvələrini verdi. Bu albomda qrup, power metal stilini ağır hard rok ilə əvəz etmiş və ağır gitara rifflərinə daha çox üstünlük vermişdir. Albomdan iki single Panteran'ın ən önəmli iki balladı oldu. "This Love" şiddət mövzusunda unudulmaz bir mahnı oldu. "Hollow" isə daha çox Cowboys-dan olan "Cemetery Gates" mahnısını xatırladırdı. Qrup Cowboys'dan olan "Domination" adlı mahnını "Hollow" mahnısının sonuna qoşaraq "Dom/Hollow" adlı bir qarışıq yaratdı və bu qarışıq qrupun 1997-ci ildə çıxardığı konsert albomunda yer aldı. Albom Amerika musiqi siyahılarında 44-cü sıraya qədər yüksəldi. Pantera 1992-ci ilin iyul ayında ilk dəfə Yaponiyaya səfər etdi və ardından Iron MaidenBlack Sabbath ilə eyni səhnəni paylaşacağı "Monsters of Rock" festivalı üçün İtaliyaya yola düşdü. Həmin il Darrell Abbott öz təxəllüsü «Diamond Darrell»-i «Dimebag Darrell» olaraq dəyişdirdi.

Qrupun 1994-cü il 22 mart tarixli debüt albomu olan "Far Beyond Driven" ABŞAvstraliyanın albom siyahılarında 1-ci sıraya yerləşdi. Albomun ilk sinqlı olan "I'm Broken" 1995-ci ildə ilk dəfə "Ən yaxşı Metal Performansı" ilə Qremmi mükafatına namizəd göstərildi.

Pantera yenidən yola düşdü və "Monsters of Rock" festivalı çərçivəsində Cənubi Amerikanı gəzdi. 1994-cü il 4 iyun festival zamanı Abbott qardaşları, Vinnie Paulun Kerrang! musiqi jurnalında yayımlanan karikaturalarına görə jurnalistlərlə mübahisə etdi. Həmin ilin iyun ayında Anselmo səhnədə təhlükəsizlik əməkdaşını döyməsi ilə günahlandırıldı və növbəti gün 5000 dollar təzminat qarşılığında sərbəst buraxıldı. Məhkəmə üç dəfə təxirə salındı. 1995-ci lin may ayında o məhkəmədə haqqındakı iddialara görə üzr istədi və məhkəmə qərarı ilə 100 saatlıq həbs cəzasına məhkum edildi. Pantera 1994-cü ildə İngiltərə turuna davam etdi və ABŞ-də turnesini bitirdi.

Qrupdakı mübahisələr və The Great Southern Trendkill (1994–1996)

[redaktə | mənbəni redaktə et]

Abbott qardaşlarına görə, Anselmo qəribə davranmağa başlayırdı və onlar 1995-ci ildə turnedən qayıdanda Anselmonu qrupdan uzaqlaşdırdılar. Qrupun qalan üzvlərinin fikrincə Pantera'ya ilk şöhrəti gətirən Anselmo olmuşdu. Ancaq Anselmo bu aqressiv davranışlarını, gərgin keçən performanslar nəticəsində bel nahiyəsində əmələ gələn ağrıları səbəb göstərdi. Anselmo bu ağrısını spirt ilə ram etməyə çalışırdı, ancaq özünün də etiraf etdiyi kimi bu onun çıxışlarında da narahatlıq yaradırdı. Həkimlərin fikrincə Anselmo'nun bu problemini cərrahiyə ilə aradan qaldırmaq mümkün idi, lakin sağalma müddəti bir il və daha çox müddət davam edə bilərdi. Qrup bu qədər vaxt itirmək istəmirdi və Anselmo bu təklifi rədd etdi və bir ağrı kəsici olaraq heroin istifadə etməyə başladı.

Anselmo bu müddət ərzində səhnədəki çıxışları ilə pis tanınmağa başladı. Monrealdakı bi konsertdə "hip hop ağdərili insanların öldürülməsini müdafiə edir" ifadəsindən sonra Anselmo, irqçilik ittihamlarını rədd etdi və şərxoş olduğu üçün belə bir səhv etdiyini deyərək üzr istədi.

Pantera'nın "The Great Southern Trendkill" adlı növbəti albomu 1996-cı il 22 may tarixində yayımlandı. Anselmo albom səsyazmasını Nine Inch Nails qrupunun solisti Trent Reznor'un Nyu-Orleandakı studiyasında qeydə aldı. Qrupun digər üzvləri isə albom hazırlıqlarına Dallasda davam edirdi. Anselmo ilə qrupun digər üzvləri arasındakı bu uzaqlaşma albomdakı vokallarda da hiss olunurdu. Qrupun əvvəlki albomları ilə müqayisədə bu albomda vokalların ağırlığı nəzərə çarpırdı. Albomdan olan "Floods" sinqılı Darrellin kompleks gitara solosu ilə bəyənildi və mahnı "Guitar World" dərgisinin hazırladığı "Bütün dövrlərin 100 ən yaxşı gitara solosu" sıralamasında 15-ci yeri tutdu.

Yüksək doza, Official Live: 101 Proof, və əlavə proyektlər (1996–2000)

[redaktə | mənbəni redaktə et]

1996-cı il 13 iyul tarixində Anselmo Texasda ev konsertindən bir saat sonra yüksək doza heroin qəbul etdi. Təxminən beş dəqiqə ürəyi dayanan Anselmo'ya tibb işçiləri adrenalin verdi və onu xəstəxanaya göndərdilər. Xəstəxanada oyananda ona "həyata xoş gəldiniz, siz yüksək doza heroin qəbul etmisiniz" dedilər. Növbəti gün o üzr istədi və dərman qəbul edərək bu xəstəliyə qalib gələcəyini dedi. Gitaristin sevgilisi Rita Haney'nin sözlərinə görə heroindən istifadə xəbəri Anselmo'nun hərəkətlərindən utanan Vinni ve Darrell üçün şok effekti yaratmışdı. Anselmo deyirdi ki, o 2 dəfə yüksək dozalı heroin qəbul etmişdi və bu onu zəiflətmişdi.

Qrupun bəzi canlı performanslarının yer aldığı "Official Live: 101 Proof" adlı albomu 1997-ci il 29 iyul tarixində yayımlandı. Albomda 14 konsert mahnısı və studiya işi yer aldı: "Where You Come From" və "I Can't Hide". Konsert albomu yayımlanmadan iki həftə əvvəl Pantera, Cowboys from Hell albomuna görə ilk "platinum album" mükafatını aldı. Və 4 ay sonra Vulgar Display of PowerFar Beyond Driven albomları da "platinum album" mükafatını aldı.

Qrup 1997-ci ildə Ozzfest turnesində Ozzi Ozborn, Black Sabbath, Marilyn Manson, Type O Negative, Fear Factory, Machine Head, və Powerman 5000 ilə eyni səhnəni paylaşdı.

Reinventing the Steel və son (2000–2003)

[redaktə | mənbəni redaktə et]
Dimebag Darrell

Pantera 1999-cu ildə Anselmo ilə studiyaya daxil oldu və "Reinventing the Steel" adlı son albomun hazırlıqlarına başladı. Albom 2000-ci ilin 21 mart tarixində yayımlandı. Albom Billboard 200 siyahısında 4-cü sıraya yüksəldi. Albomda "Revolution Is My Name" və solosu Slayer'in gitaristi Kerry King tərəfindən Dallasda Ozzfest turnesi zamanı səhnə arxasında yazılan "Goddamn Electric" mahnısı da yer alırdı. Albomdan olan "Revolution Is My Name" mahnısı 2001-ci ildə "Ən yaxşı Metal performansı" kimi Qremmi Mükafatına namizəd göstərildi. Bu, qrupun Qremmi Mükafatına namizəd göstərilən sayca 4-cü mahnısı oldu.

2000-ci ildə Pantera, Ozzfest turnesi çərçivəsində Ozzi Ozborn, Godsmack, Static-X, Methods of Mayhem, Incubus, P.O.D., Black Label Society, Queens of the Stone Age və Apartment 26 ilə eyni səhnəni paylaşdı. Həmin ilin noyabrında Anselmo, House of Shock tədbirinin 8-ci ildönümündə yıxılaraq qabırğalarını qırdı və qrupun planlaşdırdığı turne təxirə salındı.

Qrup yenidən turnelərə çıxdı və ABŞ'da, Kanadada, Cənubi Koreyada, AvstraliyaAvropada konsert verdi. Qrupun Avropadakı turu çox qısa çəkdi. Belə ki, 2001-ci il 11 sentyabr hadisələrindən sonra uçuşların təxirə salınması səbəbilə qrup 6 gün İrlandiyada, Dublində qalmalı oldu. Pantera 2001-ci il 28 avqustda Beast Feast festivalı çərçivəsində Yaponiyada son konsertini verdi. Bu, qrupun üzvləri ilə birlikdə verdiyi son konserti oldu. Qrup bütün turlarını bitirdikdən sonra 2002-ci ilin yayında 4-cü video klipi hazırlamağı planlaşdırdı. Və sonra həmin il başqa bir studiya albomu hazırlamağı planlaşdırdı.

2004-cü ilin iyulunda "Vulgar Display of Power" iki "platin albom" mükafatı aldı, növbəti ay isə "The Great Southern Trendkill" qrupa bir "platin albom" qazandırdı.

Damageplan və Dimebag Darrell cinayəti

[redaktə | mənbəni redaktə et]

Pantera'nın dağılmasından sonra, Darrell və qardaşı Vinni, vokalist Pat Lachman və bas gitarist Bob Zilla ilə Damageplan adlı yeni qrup yaratdılar. Qrup 2004-cü ilin fevral ayında "New Found Power" adlı ilk albomunu yayımladı. Albom satışı uğurlu oldu. Albom ilk həftə 44,000, həmin il isə 100,000 satış əldə etdi. Ancaq bəzi fanatlar Damageplan'ın musiqi axışının Panteranın materialına uyğun gəlmədiyini hiss etdi.

Cinayət 2004-cü il 8 dekabr tarixində baş verdi. Damageplan, Ohayonun Kolumbus şəhərində səhnə aldığı zalda, daha ilk mahnıya başlamazdan bir neçə dəqiqə əvvəl şizofren bir Pantera fanatı olan Nathan Gale Daymbeqin başına 3 dəfə atəş etdi. Üçüncü güllədən sonra Daymbeq yerindəcə dünyasını dəyişdi. Gale, Daymbeqdən əlavə 3 nəfəri də elə səhnədəcə öldürdü və 7 nəfəri yaraladı.

Studiya albomları

[redaktə | mənbəni redaktə et]
  • 1983 - Metal Magic
  • 1984 - Projects in the Jungle
  • 1985 - I Am the Night
  • 1988 - Power Metal
  • 1990 - Cowboys from Hell
  • 1992 - Vulgar Display of Power
  • 1994 - Far Beyond Driven
  • 1996 - The Great Southern Trendkill
  • 2000 - Reinventing the Steel

Konsert albomları

[redaktə | mənbəni redaktə et]
  • 1997 - Official Live: 101 Proof

Yığma albomları (toplu)

[redaktə | mənbəni redaktə et]
  • 1994 - Driven Downunder Tour '94 Souvenir Collection
  • 1996 - The Singles 1991–1996
  • 2003 - The Best of Pantera: Far Beyond the Great Southern Cowboys' Vulgar Hits!
  • 2003 - Reinventing Hell: The Best of Pantera
  • 2010 - 1990-2000: A Decade of Domination

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]