Pantokrator Monastırı

Pantokrator Monastırı Kilsəsi və ya Zeyrek Məscidi — (yun: Μονή του Παντοκράτορος Χριστού Rom: Mori tu Padokratoros Hristou) — İstanbulun Zeyrek ərazisində yerləşən Şərqi Roma dövrünə aid dini bir binadır. Kilsə bir araya gələn üç ayrı şapeldən ibarətdir. Ayasofyadan sonra İstanbulda sağ qalan ən böyük köhnə kilsədir.

Pantokrator Monastırı
yun: Μονή του Παντοκράτορος Χριστού Rom: Mori tu Padokratoros Hristou
Pantokrator Monastırının şimal-şərqdən görünüşü
Pantokrator Monastırının şimal-şərqdən görünüşü
Xəritə
41°01′11″ şm. e. 28°57′26″ ş. u.HGYO
Ölkə Türkiyə Türkiyə
Yerləşir Fateh, İstanbul, Türkiyə
Tikilmə tarixi XII əsrin birinci rübü
Üslubu Bizans memarlığı
Material Yığma kərpic və kərən
Tipimədəni
Kriteriyai, ii, iii, iv
Təyin edilib1985
Hissəsiİstanbulun tarixi hissəsi
RegionAvropa və Şimali Amerika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənubdakı ilk kilsə II İohan Komnenosun həyat yoldaşı Macarıstanlı İrina tərəfindən XII əsrin birinci rübündə tikilmişdir. Arvadının ölümündən sonra, imperator kilsədən daha şimalda ikinci bir kilsə tikdirir və nəhayət onları birləşdirmək üçün üçüncü bir kilsə inşa edildi.

İstanbulun zəbtindən sonra burada ilk mədrəsə açıldı. Müdərrisi Zeyrek Məhəmməd Ağa idi. Fatih Kompleksi ilə yeni mədrəsələrin inşası başa çatdıqda, buradakı mədrəsələr bağlandı və bina məscidə çevrildi. Hazırda yalnız cənub hissəsi məscid kimi istifadə olunur.

Yerləşdiyi ərazi

[redaktə | mənbəni redaktə et]

Qızıl buynuza baxan bir təpədə teraslarla düzülmüş geniş bir ərazidə tikilmişdir. Bina kompleksi Fateh səmtinin Fazilet küçəsindədir. Zeyrek Məscidinin adını daşıyan məşhur bir ərazidədir. Köhnə İmarət Məscidindən 1 km cənub-şərqdədir. Şəkil bəzəkləri zədələnmişdir.

1118 ilə 1124 arasında Bizans imperatoru II Ioannisin həyat yoldaşı Macarıstanlı İrina bu monastır sahəsini tikdirmişdir. Christos Pantokratora (qüdrətli Məsih) həsr olunmuşdur. Monastır əsas kilsəni əhatə edirdi. Həmçinin Kitabxanaxəstəxanası da mövcud idi. Arvadının ölümündən sonra, qısaca 1124-cü ildən sonra İmperator II İohan ilk kilsənin şimalında başqa bir kilsə tikdi. Onu Theotokos Eleousaya həsr etmişdir. Nəhayət (1136) iki ibadətgah ilə (Müqəddəs Mixailə həsr olunmuş) birləşdi. Komnenos və Paleologos sülalələrinin imperatorluq məqbərəsi oldu. Üstəlik, bir çox yüksək rütbəli Bizanslı, İmperator II Ioannis və həyat yoldaşı Eirene, I Manuelin həyat yoldaşı Sulzbachlı Bertha və İmperator V İohan burada dəfn edilmişdirlər.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
İmperatorluq Şapelinin apsisi (arxada) girintili kərpic texnikası üsulu ilə həyata keçirilmişdir.

Daş işləməsi (Orta dövrün Bizans memarlıq simvolu) qismən girintili kərpic texnikasına uyğunlaşdırılmışdır. Bu texnikada divar xəttinin arxasına ardıcıl kərpiclər quraşdırılmış və qarışıq yatağına batırılmışdır. Buna görə qarışıq qatının qalınlığı normal kərpic qatından üç dəfə çoxdur.

Məscidin yaxınlığında (Pantokrator Monastırına aid kiçik Bizans binası əsasında) kiçik Şeyx Süleyman Məscidi yerləşir.

Bu kompleksin bütövlükdə dövrün Konstantinopolunun Bizans üslubunun (orta dövrü) ən tipik memarlıq nümunəsinin nümayəndəsi olduğu deyilir.

İmperator şapeli tağlarla örtülmüşdür və üzərində iki günbəz yerləşdirilmişdir.

Şimal kilsəsi tək bir günbəzə malikdir və saçaq xətti boyunca uzanan üçbucaqlı motivi və köpək dişləri ilə oyulmuş frizi ilə diqqət çəkir.