Apsis

Almaniyadakı Heisterbach monastırının salamat qalmış apsisi

Apsis (yunanca “qövs”, “yay” mənasını verir) — əsasən xristianlığın dini ziyarətgahları olan kilsələrin mehrab otağını əhatə edən yarımdairəvi və ya çoxbucaqlı, nadir hallarda düzbucaqlı bir bina elementidir. Apsislər qədim bazilikalarda memarlıq elementləri kimi geniş istifadə edilmişdir. Apsislər binanın fasadında xaricdən bükülmüş bir quruluşda ola bilərlər və ya düzbucaqlı planlı divarlarda və ya binanın içərisində sarılmış vəziyyətdə ola bilər. Apsisin damı daha çox yarı günbəz şəklindədir, lakin düz damlı apsislərin olması da mümkündür. Əsasən kilsələrin yan neflərdən, yan şapellərindən və ya apsislərindən açılan kiçik apsislərə memarlıqda apsidiol deyilir.

Tarixi və formaları

[redaktə | mənbəni redaktə et]
Çəhrayı işarəli: bir kilsənin apsisi
Çəhrayı işarəli: apsisdən açılan kiçik apsidiyollar

Apsislər, YunanQədim Roma memarlığında dini və mülki memarlıqda yayılmış bir elementdir. Divar nişləri binanın bir hissəsini qədim memarlıqda vurğulamaq üçün istifadə edilmişdir. Nişlər bəzək məqsədləri üçün və ya heykəlləri, abidələri ucaltmaq üçün istifadə edilmişdir. Roma imperiyası dövründə tikilmiş bazilikalarda apsisin sonunda çox vaxt bir imperator heykəli olurdu. Bu səbəbdən apsislər qədim dövr memarlığında nişlərin davamı kimi qəbul edilə bilər.

Apsisi memarlıq elementi kimi alan xristian kilsə memarlığı, Roma imperiyası dövründə tikilmiş bazilikalardan ilham almışdır. Milan Tolerantlıq Fərmanı elan edildikdən sonra (Miladın 313-cü ili, Xristianlıq Romalılar tərəfindən dövlət dini olaraq qəbul edildi), xristian memarlığı və inşaat texnikası əhəmiyyətli inkişaflar yaşadı. Qurbangah üçün yüksəldilmiş bir sahə olaraq apsisli tarixdəki ilk böyük bazilika, Romadakı Laterano bazilikasıdır (inşası 319-cu il). Bir çox kilsədə ayin otağının giriş qapısı və ya zəng qülləsi ilə üzbəüz şərq ucu yarımdairəvi apsis kimi dizayn edilmişdir. Ümumiyyətlə apsis zonasında qurbangah üçün yüksəkdilmiş otaq mövcuddur. Eynilə, daha kiçik niş tipli tikililər xristianlığa məxsus olmayan digər dini binalarda görülür. Yəhudi sinaqoqlarında Tövrat daha çox bir nişdə saxlanılır. Məscidlərdəki mehrablar kimi, bu nişlərdə ibadətin istiqamətini göstərir (İslamda qiblə). Digər tərəfdən, xristian ziyarətgahlarında, dini mərsiyələrin oxunduğu xor apsisləri, əsasən üzü şərq istiqamətində olur.

Apsis, ilk kilsə memarlığından Karolinq dövrünə qədər kilsənin ana nefinə və ya çarpaz nefinə birbaşa bitişik şəkildə dizayn edilsə də, sonrakı memarlıq strukturlarında ikisinin arasında xor quruluşunun müstəqil bir bina elementi olaraq ikisi arasında olduğu görülür. RomaneskGotik memarlığında apsis uzun kilsə planlarında kilsə quruluşunun mərkəz nöqtəsini təşkil edirdi. Romanesk tərzindəki apsislər əsasən çöldə müəyyən bir şəkildə görünür və çox vaxt çox ətraflı formada işlənilir.

T planında uzun nefli bəzi kilsələrdə T-nin kəsişən uclarında apsislər mövcuddur (məs., İtaliyada Santissima Trinità di Saccargia kilsəsi). Bizans memarlığına əsaslanan bu memarlıq xüsusiyyəti, İtaliyanın Sardiniya adasında olduqca yayılmışdır. İspaniyanın Avila şəhərindəki iki kilsədə də üçqat apsislər mövcuddur. Alp dağlarındakı Karolinq kilsələrində də üç apsisli olan kilsələr mövcuddur. Cüt apsislər ümumiyyətlə iki müqəddəsə həsr olunmuş kilsələrdir. Bəzən apsis qurbangah bölməsi əvəzinə giriş portalı rolunu oynayır. Xüsusilə Karolinq dövründən bəri Almanca danışılan regionlarda şərq və qərb istiqamətli apsisli cüt xor bölmələri olan kilsələr olduqca yayılmışdır.

Məscidə çevrilən kilsələrdə apsislər

[redaktə | mənbəni redaktə et]

Apsidalı kilsə şəkilləri

[redaktə | mənbəni redaktə et]