Panzer VII Löwe

Panzerkampfwagen VII Löwe (Aslan) Bu tank, İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Krupp şirkəti tərəfindən hazırlanmış super ağır tank sinifli zirehli döyüş maşını idi. Bu layihə təkcə proyekt kimi qalmamışdır. 1942-ci ildə Panzer VIII Maus kimi istehsal edilmişdir.

Panzer VII Löwe
Ölkə
İstismar tarixçəsi
İstifadə edilən döyüşlər
Xüsusiyyətləri
Ağırlığı 90 t
Uzunluğu
  • 7,74 m
Eni 3,83 m
Hündürlüyü 3,08 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Löwe dizaynının iki modeli mövcud idi :

  • Leichter Löwe — Onun 5 nəfərlik heyəti, 1000 at gücündə olan mühərriki və 76 ton çəkisi var idi. Ön tərəfdəki zirehinin qalınlığı 100 mm təşkil edib, arxaya quraşdırılmış olan qülləsinin üzərində isə, 105 mm-lik L/70 yüksək lülə sürətinə malik olan top və koaksial pulemyotla təchiz edilmişdir. Onun maksimal sürəti 27 km/s -dir.
  • Schwerer Löwe – Onun 5 nəfərlik ekipajı, 1000 at gücündə olan mühərriki və 90 ton çəkisi var idi. Onun ön tərəfindəki zirehinin qalınlığı 120 mm təşkil edirdi. Onun qülləsi gövdəsinin mərkəzində yerləşirdi. Tank 105 mm-lik L/70 yüksək lülə sürətinə malik olan top və koaksial pulemyotla təchiz edilmişdir. Onun maksimal sürəti 23 km/s -dir.

Nasist Almaniyasının lideri Adolf Hitler Leichter Löwe modelinin ləğv edilməsini və Schwerer Löwe modelinin yenidən dizayn edilməsini əmr etmişdir. O, 150 mm-lik əsas topun onun qülləsinə quraşdırılmasını və tankın ön tərəfindəki zirehlərinin qalınlığının 140 mm-ə qədər qaldırılmasını, həmçinin tankın sürətinin isə 30 km/saat olmasını istəyirdi.

Tankın nə dizayn, nə də prototip modeli istehsal olunmamışdır. Schwerer Löwe dizaynının bəzi xüsusiyyətləri Königstiger modelində istifadə edilmişdir. Bununla belə, hətta modeli belə sözügedən tankın olduqca çox baha başa gələcəyini sübut etmişdir. Həmçinin tank, kiçik körpüləri keçmək üçün də çox böyük bir struktura sahib idi.

Nəzəriyyə olaraq qalan başqa bir layihə isə PzKpfw IX/PzKpfw X və ya daha məşhur olan adı ilə "Paper Panzers", yəni azərbaycan dilindəki adı ilə "Kağız Panzerlər"dir.