Paolo Cebrailoviç Yaşvili (gürc. პაოლო იაშვილი; 29 iyun 1894 – 22 iyul 1937, Tbilisi) — gürcü Sovet yazıçısı və ictimai xadimi.
Paolo Yaşvili | |
---|---|
gürc. პაოლო იაშვილი | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 iyun 1894 |
Vəfat tarixi | 22 iyul 1937 (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı, şair |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Pavel Cibraeloviç Yaşvili Gürcüstanın Argveti kəndində anadan olub.
1 sentyabr 1900-cü ildən Kutaisi klassik gimnaziyasında təhsil alıb. "Bluz"un gələcək ədəbi kollektivinin görkəmli nümayəndələri orada təhsil alıblar: Valerian Qaprindaşvili və Titian Tabidze. Klassik gimnaziyalarda məktəblilərin onsuz da güclü olan milli-vətənpərvərlik ruhu 1905-ci il inqilabının yaxınlaşması ilə daha da gücləndi.
1911-ci ildən şair təhsilini Anapa adlı özəl gimnaziyada davam etdirdi. 1913-cü ildə Paolo Parisə getdi və Luvrdakı İncəsənət İnstitutuna daxil oldu.
1911-ci ildən nəşr edilməyə başlanmışdır.[1] В 1915-ci ildə Kutaisidə "Mavi buynuzlar" simvolizm şairlərindən ibarət ədəbi qrup təşkil etdi. Növbəti ildən isə "Mavi buynuz" almanaxı nəşr olunmağa başladı.
Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra, Yaşvili poeziyası realizmə meyl etməyə başladı. 1920-ci illərdə sosializmin şərəfinə iddialı əsərlərlə ("Şeir mühəndisləri", "Lenin", "Tiflis", "Samqori inşaatçıları") "Yeni Kolxida" şeirlər toplusu nəşr olundu.[2]
Rus dilində P. Yaşvilinin şeirləri Boris Pasternakın tərcüməsində nəşr edilmişdir.
Şeirdən əlavə, Paolo Yaşvili həm də ictimai xadim idi. 1924-cü ildə Yaşvili Gürcüstan Mərkəzi İcra Komitəsinə, 1934-cü ildən isə Zaqafqaziya Mərkəzi İcra Komitəsi üzvlüyünə seçildi.
1937-ci ildə Yaşvilinin yaxın yoldaşları Titsian Tabidze və Nikolo Mitsişvili Stalin dövrünün Böyük təmizləmə qurbanları olaraq repressiyaya məruz qaldılar. Onların hər ikisi güllələndi. Yaşvili özü də həbs qorxusundan intihar etdi. Hakimiyyət onu Titian Tabidze haqqında məqalə yazmağa və onu xalq düşməni elan etməyə məcbur etmışdi.
Paolo Yaşvili Gürcüstan Yazıçılar Evində (Maçabeli küçəsi, 13[3]) gündəmində "siyasi sayıqlıq" məsələsi olan siyasi sayıqlığı itirməmək toplantısı zamanı özünü güllələdi. Yaşvili Tabidzenin ona verdiyi silahla intihar etmışdi (əslində Tabidze o silahı Sergey Yeseninə hədiyyə etmək istəyirdi).
Tbilisidəki bir küçə Paolo Yaşvilinin adını daşıyır.[4]