Titsian Tabidze (gürc. ტიციან ტაბიძე; doğum 21 mart 1895, İmereti diyarı, Kutaisi quberniyası, Rusiya İmperiyası - ölüm 16 dekabr 1937, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Titsiani (gürc. ტიციანი) kimi də tanınan gürcü şair və Gürcü simbolist hərəkatının liderlərindən biri. İosif Stalinin Böyük Təmizlik kampaniyasının qurbanı olub. Həbs edilib və vətənə xəyanətdə itdiham edilərək güllələnib. Tabidze onun əsərini rus dilinə tərcümə edən məşhur rus yazıçısı Boris Pasternakın yaxın dostu olub.
Titsian Tabidze | |
---|---|
ტიციან ტაბიძე | |
Doğum tarixi | |
Doğum yeri | İmereti diyarı, Kutaisi quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (42 yaşında) |
Vəfat yeri | Tbilisi, Gürcüstan SSR, SSRİ |
Vəfat səbəbi | Repressiya qurbanı |
Vətəndaşlığı | Gürcüstan |
Milliyyəti | Gürcü |
Həyat yoldaşı | Nino Makaşvili |
Uşağı | Nita Tabidze |
Təhsili |
|
Fəaliyyəti | şair |
Əsərlərinin dili | gürcü dili |
İstiqamət | simvolizm |
Janr | poeziya |
Vikianbarda əlaqəli mediafayllar |
Titsian Tabidze kənd keşiş ailəsində anadan olub. 1905-ci ildən Kutaisi Gimnaziyasında təhsil almağa başlayıb. Tezliklə yazarlığa başlayıb, öz əsərləri və rus və fransız dilindən tərcümə etdiyi əsərlər əvvəl Kutaisi qəzetlərində daha sonra Tbilisidə çap olunub.
O, 1917-ci ildə Moskva Universitetinin tarix-filologiya fakültəsinin məzunu olub. Moskvada Rus simbolizmi ilə tanış olub. Tabidze Gürcüstana qayıdıb və "Göy qılınc" hərəkatının təsisçilərindən və əsas ideoloqlarından biri olub. Tbilisiyə gələn hər bir şair qonağı bir qayda olaraq ilk qarşılayanlar Titsian Tabidze və Paulo Yaşvili olurdular. Bu baxımdan Tabidze məşhur şair Aleksandr Çavçavadzenin ənənəsini davam etdirirdi. Aleksandr Çavçavadzenin evi də indi onun yaşadığı evin yaxınlığında idi.
1924-cü ilin sentyabrında onlar Sergey Yesenin, 1926-cı ilin martında isə Vladimir Mayakovski ilə görüşdülər. 1931-ci ildə Boris Pasternak Gürcüstana səfər elədi və burada iki şairin tarixi görüşü oldu, onlar dost oldular. Titsianın yaradıcılığı rus ədəbiyyatına Zabolotsikinin, Pasternakın, Axmatovanın tərcümələri ilə daxil olmuşdu.
1937-ci ilin başlanğıcında Moskvada və Leninqradda Tabidzenin ifadəsi alındı. Həmin il o həbs olundu və 16 dekabr 1937-ci ildə güllələndi. Ölümündən sonra bəraət verildi.