Paris Böyük məscidi

Paris Böyük məscidi (fr. Grande Mosquée de Paris) — cəmi məscidi, Parisin V — Latın məhəlləsində, Bitkilər bağının yanında, Luvrdan 2,6 km cənub-şərqdə yerləşir. Bir hektar ərazini əhatə edən Paris məscidi Fransanın ən böyük məscidlərindən biridir.

İslam
Paris Böyük məscidi
fr. Grande Mosquée de Paris
Paris Böyük məscidinin görünüşü
Paris Böyük məscidinin görünüşü
Din
Statusu Baş məbəd
Yerləşməsi
Ölkə  Fransa
Bölgə Paris
Şəhər Paris
Yeri Latın məhəlləsi
Memarlıq
İnşa tarixi 19221926
Vəziyyəti Fəaliyyət göstərir
Paris Böyük məscidi xəritədə
Paris Böyük məscidi
Paris Böyük məscidi
Saytı
mosqueedeparis.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Böyük məscidin minarəsi, kornişli korkulukla.

Birinci Dünya müharibəsindən sonra Fransanı Almaniya qoşunlarına qarşı müdafiə edən müsəlman döyüşçülərin şərəfinə ucaldılmışdı. Məscid Mudxar üslubunda inşa edilmişdir. Tək minarəlidir və minarənin hündürlüyü 33 metrdir.

Məscidin açılışı 15 iyul 1926-cı ildə Fransa Prezidenti Qaston Dumer tərəfindən edilmişdir. Müasir sufi cərəyanlarından birinin qurucusu Əlcəzairli Sufi Əhməd əl-Ələvi məsciddə ilk namazı prezidentin yanında qılmışdı.

1929-cu ildə Misir kralı I Fuad məscidə bu günə qədər istifadə edilən minbərini bağışlamışdır.[1]

Sonradan məscid yeni müstəqillik əldə edən Əlcəzair hakimiyyətinin nəzarətinə verildi. 1956-cı ildən Əlcəzair Paris Məscidinin imamını təyin etməyə başladı. 1982-ci ildən rəsmi olaraq məscidin maliyyələşməsi Əlcəzair hökuməti tərəfindən aparılır.[2]

1992-ci ildən Paris məscidinin imamı, atası Həmzə Boubakeri bu vəzifədə əvəz edən Dalil Boubakerdir.[2]

2013-cü ilin noyabr ayında Parisdə məscidin əsas qapıları və divarları irqçi qraffiti ilə yazılaraq vandalizmə məruz qalmışdır.[3]

Məscidə imam təyin etmək hüququ rəsmi olmasa da Əlcəzair tərəfindən həyata keçirilir. Məscid özü isə Əlcəzairlə Fransa arasında dini və mədəni bir bağ olaraq qalır. 2015-ci ildə Əlcəzair hökuməti rəsmi şəkildə Paris Böyük məscidinin rəsmi olaraq öz mülkiyyətinə keçirmək məqsədilə hüquqi prosedurlara başladığını elan etmişdir.[4]

Arxitektur üslubu

[redaktə | mənbəni redaktə et]

Məscid İspan-Mavr memarlıq üslubunda inşa edilmişdir. Məscid "Art Nou" memarlığının ən gözəl nümunələrindən biri hesab olunur. Məscidin tikilməsində memarlar Matouf, Fourne və Ebes iştirak etmişdirlər. Namaz otağı Şimali Afrika üslubunda bəzədilib. Məscidin hər bir günbəzinin digər bəzəklərdən fərqli olaraq öz bəzəyi var.

Əlavə tikililər

[redaktə | mənbəni redaktə et]

Paris məscidində yerləşən əlavə tikililər:

  • 1 namaz otağı (musalla),
  • məktəb (mədrəsə),
  • kitabxana,
  • konfrans zalı,
  • restoran, çay otağı, hamam, kiçik mağazalar.

Maliyyələşməsi

[redaktə | mənbəni redaktə et]

1982-ci ildən rəsmi olaraq Əlcəzair hakimiyyəti tərəfindən maliyyələşdirilir.[2] 2010-cu illərdən etibarən məscidin büdcəsi Əlcəzair hökuməti tərəfindən təsdiqlənir və ildə təxminən 10 milyon avro təşkil edir.[2] Məscid halal məhsul satan qəssab dükanlarının sertifikasiyasından müəyyən məbləğ alır.[2]

  1. "1926, l'inauguration de la Grande Mosquée de Paris". leparisien.fr. 2018-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-05.
  2. 1 2 3 4 5 Салкина М. Институционализация ислама во Франции // Международные процессы. — 2016. — Т. 14. — № 2 (45). Böyük— С. 116
  3. "Осквернена главная мечеть Парижа". islamnews.ru. 2013-11-24. 2013-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.
  4. "La Grande mosquée de Paris future propriété de l'Algérie". FIGARO. 2015-12-03. 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]