Paris Kommunası

Paris Kommunası (fr. La Commune de Paris) — Parisdə 18 martdan (rəsmi olaraq 26 mart) 28 may 1871-ci ilə qədə davam edən sosialist hökumət.

Fransa tarixi
Fransa dövlət gerbi
Bu məqalələr ölkə seriyasındandır
Tarixə qədərki Fransa
Antik Fransa
Roma Qalliyası (e.ə. 220481)
Orta əsrlər Fransası
Sülalələr:
Merovinqlər (481751)
Karolinqlər (751987)
Kapetinqlər (9871328)
Valua (13281589)
Burbonlar (15891792, 18141848)
İnqilaba qədərki Fransa
Yüzillik müharibə (1337-1453)
Jakeriya üsyanı (1358)
Nant razılaşması
Fransa mütləqiyyəti (16431789)
Müasir Fransa
Böyük Fransa inqilabı (17891799)
Yakobinlər (17931794)
Konvent (17921795) (Jirondistlər, Montanyarlar)
Əbukir dəniz döyüşü (1798)
Əbukir döyüşü (1799)
Fransa Direktoriyası
Birinci Fransa Respublikası (17921804)
Birinci imperiya (18041814)
Tilsit sülhü (1807)
Burbon restavrasiyası (18141830)
İyul monarxiyası (18301848)
İkinci Fransa Respublikası (18481852)
İkinci imperiya (18521870)
Üçüncü Fransa Respublikası (18701940)
Paris Kommunası (1871)
Dreyfus işi (1894-1906)
Vişi rejimi (19401944)
Fransa Respublikasının Müvəqqəti Hökuməti (19441946)
Dördüncü Fransa Respublikası (19461958)
Beşinci Fransa Respublikası (1958)

Fransa portalı

Prusiya ilə döyüş və III Napoleonun məğlubiyyəti

[redaktə | mənbəni redaktə et]

İşçi hərəkatı, 1848-ci il inqilabını qarşısının alınması və bunun ardından Luis Napoleonun 2 dekabr 1851-ci il tarixli hökumət çevrilişindən sonra yenidən təşkilatlanmaq üçün dayandırıldı. Bundan sonra işçilər "tətil etmək" haqqlarının tanınmasına çalışdılar və həmkarlar ittifaqlarında təşkilatlanmağa başladılar.1864də sərhədlərdən kənarda birləşmək lazım olduğuna inanan işçi xadimlər, Marks və Engelsin də qatılacağı Beynəlxalq İşçi Birliyini qurdular.

İkinci imperiyaya qarşı 1867-ci il iqtisadi böhranının yaratdığı çətinliklərdən alovlanan narazılıq III Napoleon ordusunun 2 sentyabr 1870-ci ildə Prusya ilə döyüşdə aldığı məğlubiyyət imperatorun nüfuzuna qəti və son zərbəni vurdu. Paris xalqı, 1870-ci il sentyabrın 4-də imperatorun taxtdan salındığını və Respublikanın qurulduğunu elan etdi.

General Troşunun müvəqqəti Milli Müdafiə Hökuməti bir neçə respublikaçıya da yer verən mühafizəkar bir hökumət olaraq quruldu. Ana Vətənin müdafiəsini hər şeydən üstün tutan Paris xalqı bu hökuməti qəbul etsə də, onu idarəsini də öz öhdəsinə götürdü. Dövrün xadim işçiləri, Beynəlxalq İşçi Birliyi mənsubları, inqilabçı Blankın partizanları, hökuməti nəzarət altında saxlamaq üçün təbliğat kompaniyasına başladılar. Sentyabrın 5-dən etibarən, eyni vaxtda iyirmi məhəllənin Mərkəzi Komitəsini yaratmaq üçün nümayəndələr seçildi və hər məhəllə üçün müşahidə komitəsinin qurulması çağırışı edildi. 19 sentyabr 1870-də Prusiya ordusu böyük bir qıtlığa səbəb olacaq Parisin mühasirəsinə başladı. İşçi məhəllələrini hirs bürüdü, toplaşdıqları klubların sayı artdı. Bellevil toplantılarının şahidlərindən biri belə deyirdi: "aralarında çox sayda qadının da olduğu, üç min insan, eyni qardaşlıq və ümid hissləri ilə birləşirlər. Bütün bunlar sosializmin əməkçi siniflər arasında, xəyal gücünə və ürəklərə nə qədər təsir etdiyini sübut edir".

"İşçi sinfinin mühafizəçilərinin" 1870-ci ilin avqust ayında Prusiyaya qarşı müharibədə ilk itkilərini verməsindən sonra məhəllə daha köklü birliklərin yaradılması ilə bütün yurddaşlarla birləşdi və hər hansı bir ictimai ayrı-seçkilik olmadan silahlandı.

Hökumət bu silahlı proletariatdan Prusiyadan daha çox çəkindiyini göstərməkdə gecikmədi. Hökumət ilə işçilər arasında 1870-ci ilin oktyabrında və 1871-ci il 22 yanvar hadisələrindən sonra, burjua siyasətçilər, respublika tərəfdarları kimi monarxiya tərəfdarlarının da var olduğunu gördülər. İşçilərin silahı olduğu müddətdə hakim siniflərin suverenliyi təhdid altında idi.

18 Mart. Paris Kommunası

[redaktə | mənbəni redaktə et]

Müvəqqəti hökumət üçün Almaniya dövlət başçısı Bismark ilə atəşkəs imzalamaq zəruri idi. Atəşkəs 28 yanvar 1871-ci ildə imzalandı. Nəzərdə tutulan ilk şərtlərdən biri də Məclis seçkilərinin keçirilməsi idi. 8 Fevralda ölkə səviyyəsində tələsik keçirilən seçkilərdə, monarxiya tərəfdarları kəskin bir üstünlük əldə etdilər. Məclisdə 400 monarxist vəkilə qarşı, respublikaçıların cəmi 150 vəkili seçilmişdi. Paytaxt xalqının təzyiqindən qaçmaq üçün Versala köçürülən monarxiya tərəfdarı, yaşlı siyasətçi Adolf Tiersi seçdi. Ancaq Paris silahlılarını mühafizə edə bildi. "Məbəd" məhəlləsinin ortasında yığıncaqlar keçirtməyə vərdiş etmiş Milli Mühafizə Federasiyası, bu məramnamə ilə Mərkəzi Komitəyə seçki təşkil etdi: "Bizlər Respublikanı devirmək cəhdlərinə qarşı yüksələn sərt barrikadayıq. Artıq monarxiyaların, istismarçıların və despotların hakimiyyətini istəmirik". 38 üzvündən 21-i işçi olan Mərkəzi Komitə 15 mart 1871-ci ildə seçildi və alternativ hökumət, yəni işçi hökuməti kimi işləri icra etməyə başladı.

Məclis üçün bu "anarxiya" dözülməz idi. Tiersin tək bir məqsədi vardı: Parisli işçiləri tərksilah etmək. 18 mart günü, xalqın verdiyi vergi vasitəsilə alınan 271 top və 146 pulemyotu geri götürmələri əmri ilə Montmartra hərbi qüvvələr yeridildi. Bu təşəbbüs, xalqın müqaviməti ilə qarşılandı. Tiers hökuməti, hərbi birlikləri, polisi, məmurları və Paris burjuaziyasının böyük bir hissəsiylə birlikdə Versala sürgün edildi. Şəhər əsl sahiblərinə, işçilərə qaytarıldı.

"Kommunanın ilk əsəri, varlığının özü oldu" (Karl Marks) 26 Martda hər məhəllədə yeni yerli Şura, yəni yeni Kommuna yaratmaq üçün seçkilərə hazırlıqlar başlandı. Bütün Paris xalqı, öz hakimiyyətini yaratmaq üçün, təbii olaraq, bütün yerli strukturlardan yararlandı. Ancaq Kommuna o strukturlara inqilabi məzmun da, qazandırdı.

Fərqli məhəllələrdə ümumi səsvermə hüququna görə seçilən Kommuna mənsublarının əksəriyyəti işçi ya da işçi sinfinin tanınmış təmsilçilirindən idilər. 83 Kommuna üzvü arasında, 33 işçi, 14 muzdlu, Ferri və ya Riqalt kimi Blankistlər, ya da Varli kimi İnternasional üzvləri var idi. 28 Martda, o günə qədər iqtidarı əlində tutan Milli Mühafizə Mərkəzi Komitəsi iqtidarı, seçilmiş Kommunaya təhvil verdi.

Bu seçilmişlər, seçicilər qarşısında cavabdehlik daşıyirdı və istənilən an istefaya göndərilə bilərdilər. Hakim siniflərin əlində əzici vasitə olan davamlı ordunun yerini isə silahlanmış xalq aldı. Bütün məmurlar (polislər və hakimlər nəzərdə tutulur) istefaya göndərilə bilərdi və onlar üçün ən yüksəkdən ən aşağı səviyyəyə, istənilən bir işçinin məvacibi qədər maaş nəzərdə tutulurdu. İşçilər burjua dövlət formasını ləğv etməyə başladılar və onun yerində öz iqtidarların, öz dövlətlərini qurdular.

"Pyer Laşez qəbirstanlığında kommunarların güllələnməsi…"

[redaktə | mənbəni redaktə et]

Qısa müddətdə Versal burjuaziyası Parisə hücuma keçəcəkdi. İşçilər, yeni iqtidarın işçilərin haqqlarını qoruma xarakterli olduğunu bildirmək üçün bir çox addımlar atdılar. Beləcə, 29 Martda icarə ödəmələrini təxirə saldılar, çünki " doğru olan budur ki, mülkiyyət payına düşən qurbanı vermişdi" Daha sonra, kiçik burjuaziyanı yanına çəkə bilmək üçün 12 apreldə ticarət borclarının ödənilməsi müddəti üç ilə qədər uzadıldı. 2 apreldə kilsənin dövlətdən ayrılmasına və inanclar büdcəsinin ləğvinə dair qərar qəbul edildi. Həmçinin təhsil də dindən ayrıldı. 16 apreldə fabrik işçiləri tərəfindən bağlanılan müəssələrin hesablanması və işyerlərinin əvvəlcədən orda işləyən fəhlələrə geri qaytarılması istənildi. 27 apreldə fabrik və dövlət təşkilatlarında maaşlardan pul ixtisarını qadağan edən qanun qəbul edildi. 28 Apreldə çörəkçilərin gecə növbələri ləğv olundu. Engels Fransada daxili müharibə başlayarkən demişdi: "18 martdan etibarən, o günə qədər xarici istilaya qarşı mübarizənin arxa planına atılmış Paris hərəkatının sinfi xarakter daşıdığı dəqiq və saflıqla ortaya çıxdı". Burjuaziya boş dayanmırdı. Tiers Bismarkın azadlığa buraxdığı əsir fransız əsgərlərindən yenidən bir ordu topladı. 21 Mayda Versal birlikləri Parisə girdi və şəhəri işğal edənə qədər 3 həftə ərzində qorxunc bir qətliam törətdi. 30 min nəfər öldürüldü, 130 min nəfər hərbi məhkəmələr vasitəsilə həbs olundu, 7 min nəfər Kaledoniyaya sürgün edildi. Paris əhalisinin 25 faizi bu hücumdan zərər çəkdi.

Məğlub olmasına baxmayaraq Kommuna sonrakı nəsillərə işçi sinfinin bacarığını göstərmişdi. Leninin 1911-ci ilin aprelində dediyi kimi: "Kommunanın varlığı işçilərin siyasi və iqtisadi azadlığının, dünya proletariatının varlığı deməkdir. Məhz bu mənada kommuna ölümsüzdür".