Paris Xartiyası

Paris xartiyası (ing. Paris Charter) və ya Yeni Avropa üçün Paris xartiyası (ing. Charter of Paris for a New Europe) — Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (ATƏT) iştirakçısı olan dövlətlərin - Avstriya, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Kipr, Lixtenşteyn, Lüksemburq, Malta, Monako, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Müqəddəs Taxt, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları Sovet İttifaqı, Türkiyə, Finlandiya, Fransa, Çexiya və Slovakiya Federativ Respublikası, İsveçrə, İsveçYuqoslaviya dövlət və hökumət başçılarının görüşündə 1990-cı il noyabrında Parisdə qəbul edilmişdir.

Xartiyanın imzalanması üçün ilkin şərt Qərb dövlətləri ilə etimad və qarşılıqlı anlaşma mühitinin yaradılması kursunu təyin edən M.S.Qorbaçovun hakimiyyətə gəlməsi idi. Paris xartiyası 32 Avropa dövləti, ABŞ və Kanada tərəfindən qəbul edilmişdir. İclasda Varşava TəşkilatıNATO-nun silahlı qüvvələrinin genişmiqyaslı ixtisarına dair razılıq əldə olundu. Xartiya konfrans iştirakçılarının 1975-ci ildə Helsinkidə qəbul edilmiş Yekun aktının 10 prinsipinə sadiqliyi təsdiq edildi. Parisdəki görüş Helsinki görüşündən sonra ilk beynəlxalq görüş idi. Beynəlxalq əməkdaşlıq proqramı açıqlanmış, iştirakçı ölkələrin iqtisadi azadlıq və sosial ədaləti təmin etməklə yanaşı, insan hüquqlarına hörmət və ortaq rifahın təmin edilməsi əsasında demokratiyaya sadiqliyi nümayiş etdirilmişdir. Paris Xartiyasının imzalanması Avropada düşmənçilik qarşıdurmasının sona çatmasından xəbər verirdi.