Paris kafedral məscidi fr. Grande Mosquée de Paris — katedral məscidi, Parisin V məhəlləsində, Latın məhəlləsində, Bitkilər bağının yanında, Luvrdan 2,6 km cənub-şərqdə yerləşir. Bir hektar ərazini əhatə edən Paris məscidi Fransanın ən böyük məscidlərindən biridir.
İslam | |
Paris kafedral məscidi | |
---|---|
fr. Grande Mosquée de Paris | |
| |
48°50′31″ şm. e. 2°21′18″ ş. u. | |
Din | |
Statusu | Baş məbəd |
Yerləşməsi | |
Ölkə | Fransa |
Bölgə | Paris |
Şəhər | Paris |
Yeri | Latın məhəlləsi |
Memarlıq | |
İnşa tarixi | 1922 – 1926 |
Vəziyyəti | Fəaliyyət göstərir |
Saytı | |
mosqueedeparis.net | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Dünya müharibəsindən sonra Fransanı Almaniya qoşunlarına qarşı müdafiə edən müsəlman döyüşçülərin şərəfinə ucaldılmışdı. Məscid Mudxar üslubunda inşa edilmişdir. Tək minarəlidir və onunda hündürlüyü 33 metrdir.
Məscidin açılışı 15 iyul 1926-cı ildə Fransa Prezidenti Qaston Dumer tərəfindən edilmişdir. Müasir sufi cərəyanlarından birinin qurucusu Əlcəzairli Sufi Əhməd əl-Ələvi məsciddə ilk namazı prezidentin yanında qılmışdı.
1929-cu ildə Misir kralı I Fuad məscidə bu günə qədər istifadə edilən minbərini bağışlamışdır.[1]
Sonradan məscid yeni müstəqillik əldə edən Əlcəzair hakimiyyətinin nəzarətinə verildi. 1956-cı ildən Əlcəzair Paris Katedral Məscidinin imamını təyin etməyə başladı. 1982-ci ildən rəsmi olaraq məscidin maliyyələşməsi Əlcəzair höküməti tərəfindən aparılır.[2]
1992-ci ildən Paris məscidinin imamı, atası Həmzə Boubakeri bu vəzifədə əvəz edən Dalil Boubakerdir.[2]
2013-cü ilin noyabr ayında Parisdə məscidin əsas qapıları və divarları irqçi qraffiti ilə yazılaraq vandalizmə məruz qalmışdır.[3]
Məscidə imam təyin etmək hüququ rəsmi olmasa da Əlcəzair tərəfindən həyata keçirilir. Məscid özü isə Əlcəzairlə Fransa arasında dini və mədəni bir bağ olaraq qalır. 2015-ci ildə Əlcəzair höküməti rəsmi olaraq Paris kafedral məscidinin rəsmi olaraq öz mülkiyyətinə keçirmək məqsədilə hüquqi prosedurlara başladığını elan etmişdir.[4]
Məscid İspan-Mavr memarlıq üslubunda inşa edilmişdir. Məscid "Art Nou" memarlığının ən gözəl nümunələrindən biri hesab olunur. Məscidin tikilməsində memarlar Matouf, Fourne və Ebes iştirak etmişdirlər. Namaz otağı Şimali Afrika üslubunda bəzədilib. Məscidin hər bir günbəzinin digər bəzəklərdən fərqli olaraq öz bəzəyi var.
Paris məscidində yerləşən əlavə tikililər:
1982-ci ildən rəsmi olaraq Əlcəzair hakimiyyəti tərəfindən maliyyələşdirilir.[2] 2010-cu illərdən etibarən məscidin büdcəsi Əlcəzair hökuməti tərəfindən təsdiqlənir və ildə təxminən 10 milyon avro təşkil edir.[2] Məscid halal məhsul satan qəssab dükanlarının sertifikasiyasından müəyyən məbləğ alır.[2]
Əsas giriş.
The Patio and the Andalusian Garden with jets of water.
Su axını olan Veranda və Əndəlus bağı.
Daxili görünüş.
Daxili görünüş.
İbadət Salonu.
İbadət Salonu.
Daubenton küçəsi.
Daubenton küçəsi.
Yarpaqları olan tağın bir hissəsi.
Zellige (şəbəkə).
Daxili bağ və çeşmə.
Kitabxana.
Möhtəşəm dekorasiya.
Restoran.
Restotan.
Daxili interyer.
Minarənin "du Puits-de-l'Ermite" küçəsindən görünüşü.
Əsas girişin üstündəki minarənin şimal tərəfində həndəsi motivin detalı.