Parisdə gecəyarı (film, 2011)

Vudi Allenin 76 yaşında çəkdiyi 42-ci filmi. Bu rejissor qocalmaq bilmir. Nyu-York, London, Barselonadan sonra Vudi Allen bu dəfə

Parisdə gecəyarı
ing. Midnight in Paris
Janr romantik komediya, fentezi filmi[d][2][3][…], elmi-fantastika filmi
Əsas mövzu Zamanda səyahət
Rejissor
Prodüserlər
Ssenari müəllifi
Baş rollarda
Montajçı Alisa Lepselter[d]
Distribütor Sony Pictures Classics[d], Netflix
İlk baxış tarixi 18 avqust 2011[8], 2011
Müddət 94 dəq
Büdcə 17 million $[1]
Gəlir 151,1 million $[1]
Ölkələr ABŞ ABŞ
İspaniya İspaniya
Dillər ingilis
fransız
ispan
İl 2011
Rəng rəngli
Çəkiliş yeri Paris, Versal sarayı, Sent-Etyen-dü-Mon[d]
IMDb ID1605783
Mükafatları Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Parisə səyahət edib. Film Parisin gəzintisi ilə başlayır. Film başlayandan beş dəqiqə boyunca Parisin ayrı-ayrı yerləri göstərilir. Parisin gözəl mənzərələrini isə gözəl musiqi müşayiət eləyir. Film Amerikadan Parisə gələn iki sevgilinin həyatındandır. Daha doğrusu, yazıçı olmaq arzusunda olan və Paris küçələrində öz ilham pərisini axtaran Gil Pender adlı Amerikalı oğlanın başına gələn hadisələr təsvir olunub. Filmin əsas mövzusu isə yanlış zamanda yaşadığına inanan və keçmiş zaman üçün darıxan gənc yazarın Parisdə özünü kəşf etməsidir. Parisdə özünü yalnız hiss edən Gil, şəhəri gəzərkən keçmişə səyahət edir, öz xəyal dünyasını yaradır və 1920-ci illərin Paris mühitinə düşür. Dali, Pikasso , Heminguey, Fitzgerald, Jan Kokto, o dövrün Paris mühiti və Gil Pender. Bu insanlarla tanışlıq gənc yazarın həyatına və dünyagörüşünə çox fərqli təsir göstərir. Nişanlısından istədiyi yaxınlığı görməyən Gil öz xəyal dünyasına qapılır, hətta bir eşq macərası da yaşayır.

Vudi Allenin ən böyük ustalığı onun filmlərinin ssenarisidir. "Parisdə Gecəyarısı" filmi də bu baxımdan alqışlanasıdır. 1920-ci illərin Paris mühiti, Dali, Pikasso, Heminquey kimin ağlına gələ bilərdi? Cavab birdir: Vudi Allenin. Filmə baxdıqdan sonra seyrcilərin çoxu o dövrün Parisinə səyahət etmək və o dövrdə yaşamaq xəyalı qura bilər. Axı yazmaq, yaratmaq üçün belə bir mühit hamıya lazımdır. Gertruda Steyni belə yaddan çıxartmayan Vudi Allen ədəbi mühiti bütün gözəlliyi ilə göstərib. Ernest Heminquey obrazındakı vecsizlik, Frensis Skott Fitsceraldın şıklığı yerli-yerindədir. Aktyor heyəti də çox rəngarəngdir. Ouen Vilson, Reyçel Makadams (Ratchel Mcadams), Marion Kotillar (Marion Cotıllar), Maykl Şin (Michael Sheen), Adrien Broudi (Adrien Broody) və Fransa prezidentinin həyat yoldaşı Karla Bruni (Carla Bruni). Ən çox təəccübləndirən isə Edrien Broudinin yaratdığı Salvador Dali obrazıdır. Əgər Parisi heç sevməyən insan varsa, o şəxs bu filməbaxdıqdan sonra yəqin ki fikir dəyişikliyi edəcək. 30 milyon dollarlıq büdcəsi olan film prokatlarda və reklamlarda 116 milyon topladı. Vudi Allen yaradıcılığının bütün detalları bu filmdə toplanıb. Maraqlı dialoqlar, qeyri-adi rejissor gedişləri və s.

  1. 1 2 "Midnight in Paris (2011)". Box Office Mojo. 2012-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-12.
  2. http://www.nytimes.com/2011/05/20/movies/midnight-in-paris-by-woody-allen-with-owen-wilson-review.html.
  3. http://www.nytimes.com/2011/05/20/movies/midnight-in-paris-by-woody-allen-with-owen-wilson-review.html?ref=movies.
  4. 1 2 3 4 5 6 7 8 9 http://www.bbfc.co.uk/releases/midnight-paris-2011-2.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 http://www.filmaffinity.com/es/film567174.html.
  6. http://www.sinemalar.com/film/83283/pariste-gece-yarisi.
  7. 1 2 http://www.imdb.com/title/tt1605783/fullcredits.
  8. IMDb (ing.). 1990.