Parqasit

Parqasit Na Ca2 (Mg, Fe2+)4 (Al, Fe3+) [(OH,F)2| Al2Si6O22] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Parqasit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
NaCa₂(Mg₄Al)(Si₆Al₂)O₂₂(OH)₂[1]
Strunz təsnifatı VIII/D.05c[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Soretit – optik növ müxtəlifliyi.

Rəng – açıq-yaşıl, yaşılımtıl-boz, göydən göyümtül-yaşıladək, mavi calarlı yaşıl, qara, qəhvəyi; Parıltı – şüşə; Sıxlıq – 3,02-3,21; Sərtlik – 5-6; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: prizmatik, qısa sütunvari; İkiləşmə: nadir hallarda; Mineral aqreqatları: lifli və dənəvər.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Əsas etibarilə kontakt-metasomatik süxurlarda rast gəlir: mineralın maqneziumla zəngin əmələgəlmələri SiO2 ilə doymuş mühitdə, dəmirlə zəngin parqasit isə skarnların fluorlu və borlu metasomatozunda əmələ gəlir. Parqasit həmçinin karbonat və ultraəsasi süxurların, habelə skarnların metamorfizmi prosesində yaranır. Bəzən şistlərdə və amfibolitlərdə müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: diopsid, skapolit, floqopit, xondrodit və b. Mineralın tapıldığı yerlər: Parqas (Finlandiya); Aldan (Rusiya); Arizona (ABŞ); Xunza, Kəşmir (Pakistan) və b. Azərbaycanda Laçın rayonunun serpentinitlərində aşkar edilmişdir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]