Pasport möhürü və ya pasport ştampı pasporta bir əraziyə daxil olarkən və ya bir ərazidən çıxarkən adətən rezin möhürlə vurulan mürəkkəb izidir.
Vətəndaşlıqdan asılı olaraq, Aİ və ya EFTA ölkəsinə səyahət edən Aİ və ya EFTA vətəndaşı olan ziyarətçinin pasportuna heç bir möhür vurulmaya bilər (xüsusi tələb olmadıqda). Əksər ölkələr pasportlara giriş möhürlərindən əlavə olaraq çıxış möhürləri də vururlar. Kanada, El Salvador, İrlandiya, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ daxil olmaqla, bir neçə ölkə yalnız giriş möhürləri vururlar. Pasport möhürləri bəzən Yaponiya, Cənubi Koreya və Şri Lankadakı giriş möhürləri kimi stiker möhürləri formasında ola bilər.
Argentina, Avstraliya, Honq Konq, İsrail, Makao, Kuba və Sinqapur kimi bəzi dövlətlər isə ölkəyə daxil olarkən və yaxud da ölkədən çıxış zamanı pasportlara möhür vurmurlar. Bu ölkələr və yaxud da ərazilər pasportlara möhür vurmaq (tələb olunmadıqda) yerinə enmə vərəqələri verirlər. Argentina və Sinqapur isə e-poçt vasitəsilə giriş tələblərini özündə ehtiva edən rəqəmsal giriş qəbzləri göndərirlər. Vizalar həmçinin də pasport möhürü formasında ola bilər.
Antarktidada heç bir milli orqan olmadığına görə pasport möhürü də mövcud deyildir. Lakin oradakı müxtəlif elmi-tədqiqat stansiyaları ziyarətçilərə istək əsasında suvenirlər verə bilirlər.
Sərhəd nəzarətini həyata keçirən əməkdaşlar müntəzəm olaraq immiqrasiya yoxlamaları və ya gömrük prosedurlarının bir hissəsi kimi pasportlara möhür vururlar. Bu təsdiq bir çox müxtəlif məqsədlərə xidmət edə bilər. Birləşmiş Krallıqda pasporta vurulmuş olan immiqrasiya möhürü ölkəyə daxil olarkən immiqrasiya nəzarətinə məruz qalan şəxsə verilən rəsmi "giriş icazəsini" ehtiva edir. Alternativ olaraq, möhürlər şəxsin giriş icazəsi ilə verilən və yaxud da davam edən icazəsini aktivləşdirir və ya təsdiqləyir. Şengen üzvü ölkələrindəki kimi digər səlahiyyətli orqanlar pasporta üstündə heç bir müddət göstərməyən bir tarix möhürü vururlar və bununla da bu şəxsin 180 gün ilə 90 gün arasında qalmaq icazəsi olduğu bildirilir. Bundan əlavə gündəlik müddət və ya onların vizalarında göstərilmiş olan alternativ müddət (hansı daha qısadırsa) də ola bilər.
Yaponiyada pasporta vurulmuş olan giriş möhüründə immiqrasiya məmuruna həmin girişlə bağlı məlumatı elektron formada yığmağa imkanı verən QR kod da olur.
Əksər ölkələrdə məmurların müvafiq şəxsin hərəkətlərini tez bir zamanda aşkar etmələrini asanlaşdırmaq məqsədilə nəzərdə tutulmuş olan gəliş və gediş üçün müxtəlif möhürlər mövcuddur. Möhürdəki mürəkkəbin rəngi və ya möhürün üslubu da bu cür məlumatları verə bilər.
İmmiqrasiya orqanından asılı olaraq, belə möhürlər sərnişinin təqdim etməli olduğu enmə vəsiqəsi, minmə talonu və s. kimi digər sənədlərə də vurulur.
Əksər hallarda, kruiz gəmilərində (səyahət gəmisi) səyahət edən sərnişinlər pasport möhürlərini ala bilmirlər, çünki onların mindikləri bütün gəmi üçün nəzərdə tutulmuş olan xüsusi limana giriş icazəsi sənədi mövcuddur. Ancaq, xatirə möhürü əldə etmək mümkündür, lakin bunun üçün limanlarda mövcud olan keçid körpüsünün yanında immiqrasiya ofisinin olması lazımdır. Əksər hallarda səlahiyyətli nümayəndələr bu cür müraciətlərə öyrəşdikləri üçün belə istəklərə müsbət reaksiya verirlər. Həmçinin, yuxarıda da qeyd edildiyi kimi, ən kiçik Avropa ölkələrindən bəziləri tələb əsasında, sərhədlərində və ya turizm ofislərində ən çoxu nominal ödəniş alaraq pasporta möhür vururlar.