Payız Marafonu (rusca: Осенний марафон; Rom: Osenniy marafon) 1979-cu ildə çəkilmiş Sovet romantik komediya-dram janrında olan bu film, 1979-cu ildəki Venesiya Film Festivalı, San Sebastian Film Festivalı və 1980-ci ildəki Berlin Film Festivalı mükafatlarının ən yaxşı rejissor və ən yaxşı aktyor kateqoriyalarında qalibi olmuşdur.[1] Film, həmçinin 52-ci Akademiya Mükafatlarında Xarici Dildə Ən Yaxşı Film nominasiyası üzrə Sovet filmi kimi seçilmiş, lakin namizəd kimi qəbul edilməmişdir.[2]
Payız marafonu | |
---|---|
rus. Осенний марафон | |
Janr | dram filmi, komediya filmi, faciəvi komediya |
Rejissor | |
Baş rollarda |
Oleq Basilaşvili Natalya Qundareva Yevgeni Leonov Marina Neyolova |
Operator | |
Bəstəkar | |
İstehsalçı | Mosfilm |
Studiya | Mosfilm |
Distribütor | Netflix |
İlk baxış tarixi | 1979 |
Müddət | 89 dəq. |
Ölkə | |
Dil | rus dili |
Rəng | rəngli |
IMDb | ID0079679 |
Filmdə Oleq Basilaşvili Leninqradda orta yaş böhranı keçirən və həyat yoldaşı, məşuqəsi, qonşuları və iş yoldaşları ilə qarışıq münasibətlərində özünü müdafiə etməyə çalışan Andrey Bouzykine adlı evli İngilis-Rus dillərinin tərcüməçisi rolunu oynayır. Filmdə digər rolları Yevgeni Leonov, Natalya Qundareva, Marina Neyolova, Borislav Brondukov, Nikolay Kryuçkov və Qalina Volçek kimi görkəmli sovet aktyorları və aktrisaları ifa etmişdirlər. Filmin rejissoru Georgiy Daneliya olmuşdur.