Pentapanax

Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi.

Araliya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır.

Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.[3]

Azərbaycanın dərman bitkiləri

[redaktə | mənbəni redaktə et]
  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 134. doi:10.5962/BHL.TITLE.746
  2. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 273.
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 589. ISBN 978-9952-441-02-4.