Pera Muzeyi

Pera Muzeyi (türk. Pera Müzesi) — İstanbul Bəyoğlu bölgəsindəki qalereya (tarixi adı — Pera). Muzey İstiqlal küçəsinin yanında, Taksim meydanının yaxınlığında yerləşir. Muzey XIX əsr Şərqşünaslığına xüsusi diqqət yetirir.

Pera Muzeyi
türk. Pera Müzesi
Loqonun şəkli
Pera Muzeyinin binasının xarici görünüşü
Pera Muzeyinin binasının xarici görünüşü
Xəritə
Əsası qoyulub 2005
Açılış tarixi 2005
Mövzu incəsənət
Ölkə  Türkiyə
Yerləşir İstanbul
Ünvan Bəyoğlu Taksim meydanı, İstiqlal küçəsi
Ziyarətçi sayı hər il 10000 nəfər
Telefon +90-212-334-99-00
41°01′54″ şm. e. 28°58′30″ ş. u.HGYO

peramuzesi.org.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey "Suna və İnan Kıraç Vəqfi" tərəfindən 2005-ci ildə 1893-cü ildə inşa edilmiş Bristol Hotelinin tarixi binasında qurulmuşdur. 2003–2005-ci illər arasında bina fasadı qorunaraq, içərisini muzey məqsədilə yenidən quran memar Sinan Genim tərəfindən təmir edilmişdir.

Pera Muzeyi binasında daimi kolleksiyadan əlavə müvəqqəti sərgilər fəaliyyət göstərir.[1]

Pera Muzeyi şəxsi kolleksiya əsasında qurulmuşdur. Muzeyin adı yerlə bağlıdır. Belə ki, o, hazırda yerləşdiyi İstanbulun Bəyoğlu bölgəsinin tarıxı adı "Pera"nı daşıyır. Muzey 2005-ci ildə Suna ve İnan Kıraç Vəqfinin vəsaiti hesabına təşki edilmişdir. Bu vəqfə aid olan üç kolleksiya muzeyin əsas eksponatlarını təşkil edir. "XIX əsr Orentalizm rəsm əsərləri", "Anadolu çəki və ölçü vahidləri", "Kütahya saxsı və bəzək əşyaları" kolleksiyaları Pera Muzeyinin əsas sərgi eksponatlarıdır.[2]

Muzey binası 1893-cü ildə inşa edilmiş Bristol Hotelinin binasında yerləşir. Muzeyi binada yerləşdirmək üçün bina 2003–2005-ci illərdə tarixi görkəmi saxlanılmaqla əsaslı təmir edilmişdir. Nəticədə muzeyin yanında avtomobil saxlamaq üçün parkinq yerləri və ziyarətçilərin rahat gəlib getməsi üçün şərait yaradılmışdır.[3]

Pera Muzeyi təkcə muzey kimmi fəaliyyət göstərmir. O, müxtəlif mədəni tədbirlərin keçirildiyi mərkəzdir. Burada sərgi salonları, Pera təhsil, Pera film, Pera konsert salonları da fəaliyyət göstərir.

Muzeyi bir tərəfdən Vəqf kolleksiyaları ilə yanaşı, müxtəlif sərgilər və muzeologiya fəaliyyətləri ilə Türkiyənin unudulmuş mədəni və bədii dəyərlərinə işıq tutmağa çalışır. Digər tərəfdən təşkil etdiyi qısamüddətli sərgilərdə Jan Dubuffet, Henri Kartier-Bresson, Rembrandt, Niko Pirosmani, Josef Koudelka, Juan Miró, Akira Kurosava, Mark Şaqal, Pablo Pikasso, Fernando Botero, İkuo Hirayama, Frida Kahlo, Dieqo Rivera, Qoya və Giocometti kimi ustad sənətkarların əsərlərini türk sənətsevərlərə təqdim etmişdir.

Onları Türkiyəyə gətirməklə yanaşı, elmi layihə sərgilərinə də ev sahibliyi edir. Bəzi xarici sərgilərlə Vəqfin kolleksiyalarını beynəlxalq səviyyədə tanıtdırır.

Pera Muzeyi hər yay Türkiyədə və dünyada sənət təhsili verən ixtisaslı təşkilatlarla əməkdaşlıq edərək sərgilərini açır və gənc sənətkarlara və sənətkarlara dəstək olur.

Pera Muzeyindəki təhsil, uşaqları və gəncləri sənətlə bir araya gətirmək, muzey məlumatlılığı yaratmaq, sənəti əlçatan etmək və tamaşaçılar ilə sərgilənən əsərlər arasında ünsiyyət qurmaq üçün həyata keçirilən işləri əhatə edir.

2008-ci ilin oktyabr ayında fəaliyyətə başlayan Pera Muzeyi Film və Video şöbəsi, periyodik proqramlarında Pera Film; Alen Resnais, Erik Rohmer, Federiko Fellini, Roman Polanskidən İnqmar Berqmana qədər geniş seçimlər, eksperimental film-video nümunələri, animasiya, sənədli və qısa film janrları təqdim edir.

Muzeyin kolleksiyası

[redaktə | mənbəni redaktə et]

Orentalizm dövrü rəsmlərinin kolleksiyası

[redaktə | mənbəni redaktə et]

Muzeydə OsmanlıAvropa rəssamlarının məşhur əsərləri sərgilənir. Bu əsərlər arasında ən məşhuru Osman Hamdi Bəyin 1906-cı ildə çəkdiyi "Tısbağa tərbiyəçisi" rəsmidir.

Anadolu çəki və ölçü vahidləri kolleksiyası

[redaktə | mənbəni redaktə et]

Kolleksiyaya qədim dövrlərdən müasir zamana qədər on mindən çox eksponat daxildir.

Kütahya saxsı və bəzək əşyaları kolleksiyası

[redaktə | mənbəni redaktə et]

Kolleksiyada müxtəlif dövrlərə aid 800-dən çox əşya vardır. XVIII–XX əsrlər xüsusilə yaxşı təmsil olunur.

  1. "10 of the best modern art galleries in Istanbul" (ingilis). www.theguardian.com. 2016-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 апреля 2016.
  2. "Arxivlənmiş surət" (Türkçe). 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.
  3. "Arxivlənmiş surət" (Türkçe). 2013-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.
  • Pera Museum (ed.). Portraits from the Empire. Pera Museum Publications, 2005. 155 p. ISBN 975 9123 −02–9
  • Pera Museum (ed.). Young Expansion. Pera Museum Publications, 2005. 163 p. ISBN 975 9123 −00–2

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]