Persica vulgaris

Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Adi şaftalı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi və Şimali Çində geniş yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda bir neçə sortu yetişdirilir.

Şaftalı şirəsini ürək ritminin pozulması, qanazlığı, azalmış turşuluq dərəcəsi ilə qarın xəstəlikləri zamanı qəbul olunur. Şaftalı şirəsi şlakların orqanizmdən kənarlaşdırılmasına kömək edir. Dərini qidalandırır və onun hüceyrələrinin yeniləşməsinə kömək edir. Oyadıcı xüsusiyyətə malikdir.