Peru zəlzələsi — 14 yanvar 2018-ci ildə ümumdünya vaxtı ilə saat 04:18:45-da Peruda baş vermiş zəlzələ. Maqnituda cədvəli ilə 7.1 bal gücündə olan zəlzələ Merkalli intesivlik cədvəli ilə maksimum olan VII (çox güclü) bal ilə dəyərləndirilmişdir. Zəlzələ nəticəsində Naska plitəsi ilə Cənubi Amerika plitəsi arasında güclü üstəgəlmə hadisəsi baş vermişdir.[2] Zəlzələ zamanı daşların aşması nəticəsində iki nəfər həlak olmuş, daha 113 nəfər isə xəsarət almışdır. Kərpic evlərə xeyli zərər dəymiş və Arekipa regionunda yerləşən 63 ev tamamilə dağılmışdır. İlkin olaraq sunami xəbardarlığı edilmişdir.[3][4][5][6]
2018 Peru zəlzələsi | |
---|---|
Tarix |
|
Maqnituda | 7.1 Mw |
Hiposentrin dərinliyi | 36.3 km |
Episentrin yeri | 15°46′34″ c. e. 74°44′38″ q. u. |
Əhatəsi | Peru |
Ölənlər |
|
Xəsarət alanlar | 1 ölü |
Xəritədə yeri | |
|