Cənubi Amerika plitəsi — Cənubi Amerikanı və Atlantik okeanın Orta-Atlantik dağ silsiləsinə qədər olan dabanını əhatə edən tektonik plitə. Şərq hissəsi Afrika plitəsi ilə divergent sərhədlərə malikdir və bu sərhəd Orta-Atlantik dağ silsiləsinin cənub hissəsini əmələ gətirir. Cənub hissədə Antarktika plitəsi və Skotiya plitəsi ilə mürəkkəb sərhədlərə sahibdir. Qərb hissədə Naska plitəsi ilə konvergent sərhədləri var. Şimal hissədə Karib dənizi plitəsi və Şimali Amerikanın okeanik qabığı ilə həmsərhəddir. Çili üçqat qovşağında (üç plitənin görüşdüyü ərazi) Çili qalxması Şimali Amerika plitəsinin altına subduksiya edir.
Cənubi Amerika plitəsi hərəkətdədir, Orta-Atlantik dağ silsiləsindən qərbə doğru istiqamətdədir. Şərqə doğru hərəkət edən və daha sıx olan Naska plitəsi Sakit okean sahili boyunca Cənubi Amerika plitəsinin altına ildə 77 mm sürətlə subduksiya etməkdədir. Bu plitələrin toqquşması nəticəsində And dağları və bu ərazidə yerləşən vulkanlar əmələ gəlir.