Peterhof Dövlət Muzey-Qoruğu (rus. Государственный музей-заповедник „Петергоф“) dövlət federal büdcəsindən maliyyələşən mədəni kompleksdir. Kompleksə Fin körfəzinin cənubunda yerləşən görməli yerlər daxildir.
Peterhof Dövlət Muzey-Qoruğu | |
---|---|
Государственный музей-заповедник „Петергоф“ | |
Əsası qoyulub | 1918 |
Mövzu | dövlət təşkilatı[1] |
Ölkə | |
Yerləşir | Rusiya Peterhof |
59°53′ şm. e. 29°55′ ş. u.HGYO | |
peterhofmuseum.ru |
İlkin olaraq "Peterhof" Dövlət Muzey-Qoruğu (DMQ) Peterhof saray-park kompleksinin idarə olunması məqsədi ilə yaradılmışdır. XX əsr ərzində, Peterhofda yerləşən Aleksandriya saray-park kompleksi və Kolonist parkı, Strelnada yerləşən I Pyotr sarayı və Konstantin sarayı, həmçinin "İmperator yaxtaları", "Benua ailəsi" və "Velosiperlər" muzeyləri də "Peterhof" DMQ-nun tabeliyinə verilmişdir. 2007-ci ildə "Oranienbaum" DMQ-nun likvidasiyasından sonra Lomonosov ərazisində yerləşən Oranienbaum saray-park kompleksi də "Peterhof" DMQ-nun tərkibinə verilmişdir.[2]
Hər il "Peterhof" DMQ 4 milyondan çox insan tərəfindən ziyarət olunur.[1] 1 mart-15 aprel tarixləri arasında isə kompleks ziyarətə qapalı olur.