Aşağı park (Peterhof)

Aşağı park (rus. Нижний парк) — "Peterhof" Muzey-Qoruq Kompleksinin tərkibinə daxil olan böyük yaşıllıq ərazisi. Park Böyük Peterhof sarayıFin körfəzinin arasında yerləşir.

Aşağı park
Нижний парк
Sarayın "Aşağı parka" baxan fasadının ümumi görünüşü.
Xəritə
59°53′09″ şm. e. 29°54′36″ ş. u.HGYO
Ölkə Rusiya Rusiya
Şəhər Peterhof
Yerləşir Sankt-Peterburq
Tikilmə tarixi 1710
İstinad nöm.7810406069
Mühafizə dərəcəsiFederal
Aşağı park (Sankt-Peterburq)
Aşağı park
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Planda uzunsov üçbucaq şəklində olan Aşağı Park təxminən 102 hektar sahəyə malikdir. Cənubdan şimala uzunluğunun cəmi 500 metr olmasına baxmayaraq, park körfəzinin sahili boyunca qərbdən şərqə düz 2.5 kilometrə uzanır.

Mərkəzi hissəsinin ansamblı

[redaktə | mənbəni redaktə et]

Şiri məğlub edən Samson fəvvarəsi İlkin layihəyə görə Böyük kaskadın mərkəzində Lernet hidrasını məğlub edən Heraklın fiquru durmalı idi, lakin inşaat zamanı herakl fiquru şiri məğlub edən Samson fiquru ilə əvəzlənmişdi. Belə bir fikir var ki, Samson fiqurunun ucaldılmasının səbəbi Müqəddəs Sampsoni günündə baş vermiş Poltava döyüşündə rusların isveçlilər üzərində qələbə çalması ilə əlaqədar idi. Şir fiquru həmçinin İsveçlə əlaqələndirilir; məhz bu simvol günümüzdə İsveç Krallığının gerbində təsvir olunub.

Fəvvarə-monunment 1735-ci ildə Aşağı parkda quraşdırılmışdır.

Fəvvarə Böyük Vətən müharibəsində güclü zədələnmişdi. Samsonun orijinal heykəli itirilmişdi. 1941-ci ildə Leninqrad üzərinə faşist ordusunun hücumu zamanı, Samson Peterhof muzey əməkdaşları tərəfindən tələsik çıxarılaraq, yaxınlıqdakı ərazilərin birində basdırılmışdı. Lakin geri dönərkən yük maşını atəş altına düşərək, içərisində olan muzey işçilərin hamısı öldürülmüşdü.

Samson heykəlinin "basdırıldığı" yer naməlum olaraq qalır. Yenidən bərpa edilmiş ansambl və onun simvolu sayılan qızılı Samson heykəlinin surəti 14 sentyabr 1947-ci ildə açılmışdı.

Dəniz kanalı və fəvvarə xiyabanı

Böyük saray və sarayı Fin körfəzi ilə birləşdirən Dəniz kanalı

I Pyotrun planına əsasən Peterhofun əsas girişi Fin körfəzi ilə Böyük sarayı birləşdirən 600 metrlik dəniz kanalı olmalı idi. Bu zaman Peterhofa şəxsi yaxtaları ilə gələn qonaqlar, saraya daxil olan kimi gözəl görünüşlü Aşağı parkı və Böyük sarayı görməli idilər. Buna görə də I Pyotr Dəniz kanalının sarayın ən dəbdəbəli və təşəxüsslü hissəsi olmasını nəzərdə tutmuşdu. O, bu kanalın ətrafında məşhur təmsillərin mövzularına uyğun olaraq on bir cüt qızılı heykəl formasında fəvvarələrin inşa edilməsini tapşırmışdı.

Görülən işlərin yekunu olan bu keçid xiyabanı həqiqətən də gözəl alındı. Təmsillərin motivləri əsasında inşa edilməli olan fəvvarələrin adi su vurucuları ilə əvəzlənməsi nəticəsində xiyabanın görünüşü nəinki pisləşmiş, əksinə daha aristokratik əzəmətli forma almışdır.[1]

Voronixin kolonnadası Mərmərdən hazırlanmış Voronixin kolonnadasının adı (1800-1803-cü illər) "Peterhof" layihəsində aktiv iştirakına görə memar fəxri adına layiq görülmüş keçmiş təhkimçi A.Voronixinin soyadından götürülmüşdür. Qoşalaşmış sütunlardan yaradılmış kolonnada yüksək qübbəli dam örtükləri olan pavilyonlarla tamamlanır. Hər qübbənin mərkəzində alçaq fəvvarə yerləşir. Yastı kolonnada damının üzərində isə zərif qızılı vaza şəklində fəvvarələr quraşdırılıb. Kolonnadanın girişini İ. Prokofyevin modelləri əsasında düzəldilmiş qranit şir heykəlləri qoruyur. Kolonnada 1966-cı ildə bərpa edilmişdir.

Adəm və Həvva fəvvarəsi

Dəniz kanalının xiyabanla kəsişdiyi yerdə səkkiz şüa formalı xəttin uzandığı unikal bir meydanşa formalaşır. Bu iki “ulduz” Aşağı parkın ilkin planlaşdırılmasında mühüm rol oynayırdı və məhz bu səbəbdən də Peterhofun iki ən qədim fəvvarəsi məhz burda yerləşir – “Adəm” parkın şərq tərəfində, “Həvva” isə parkın qərb tərəfində. Venesiyanın Dojlar sarayının pilləkənini bəzəyən A. Riççinin məşhur “Adəm” və “Həvva” heykəllərinin surəti olan iki fəvvarə, I Pyotrun sifarişi ilə D. Bonoçça tərəfindən 1717-ci ildə hazırlanmış və on altı su vurucusu ilə əhatə olunmuş səkkizguşəli hovuzun mərkəzində quraşdırılmışdır. “Adəm” fəvvarəsi 1722-ci ilin oktyabrında, “Həvva” isə 1726-cı ilin payızında tamamilə hazır olmuşdur.

205 ildən artıq müddət ərzində Adəm və Həvva fəvvarələrinin memarlıq kompozisiyasında heç bir dəyişiklik baş verməmişdir və bu gün bu fəvvarələr Peterhof düvrü memarlığının əsl xüsusiyyətlərini daşıyırlar. 1721-ci ildə hər fəvvarənin yanında iki çardaq quraşdırılmışdı. Peterhofun işğalı zamanı dağıdılmış dörd çardaqdan ikisi (Adəm fəvvarəsi tərəfdə yerləşən) 1970-ci ildə, digər iki çardaq (Həvva fəvvarəsi tərəfdə yerləşənlər) isə 2000-ci ildə bərpa edilmişdir.[2]

Böyük kaskadın heykəlləri
Diskatan Qanimed Qladiator Borgeze Samson fəvvarəsi Qalateya Yunona Germanik

Qərb hissəsinin ansamblı

[redaktə | mənbəni redaktə et]

Marli sarayı

Marli sarayı
Aşağı parkda yerləşən Venera bağına açılan mənzərə

Peterhofdakı bu saray I Pyotrun 1717-ci ildə Paris yaxınlığında yerləşən Fransa krallarının iqamətgahı Marli-le-Rua-ya səfəri xatirəsinə adlandırılmışdır. Saray eyniadlı göllər ilə birlikdə İohann Branşteynin layihəsi əsasında 1720-1723-cü illər arasında inşa edilmişdir. İlkin olaraq saray birmərtəbəli olması nəzərdə tutulsa da, tikinti prosesində I Pyotrun sifarişi ilə layihədə dəyişiklik edilmiş və beləliklə saray özünün ikinci mərtəbəsini əldə etmişdir.

1899-cu ildə saray tamamilə yeni bir təməlin üzərinə quraşdırılması üçün üçün sökülmüşdür. Radikal işlərin icrası, saray divarlarında əmələ gələn çoxsaylı çatlar səbəbindən yaranmışdır. Bərpa işlərini tanınmış mühəndis A.Semyonov rəhbərlik edirdi; bütün orijinal bəzək elementləri qorunub saxlanılmışdı, yenidənqurma işlərinin dəqiqliyi isə mükəmməl idi[3]. Saray Böyük Vətən müharibəsi zamanı böyük mərminin düşməsi səbəbindən güclü dağıntıya məruz qalmışdı (muzeyin bütün kolleksiyası hələ 1941-ci ildə evakuasiya olunmuşdu). Fasadlar 1955-ci ildə bərpa olunmuşdu[4]. 1982-ci ildən bina yenidən muzey kimi fəaliyyət göstərir.

Aşağı parkın ən qərb hissəsində Marli bağı yerləşir. Bağ böyük göl ilə "Baxus" (gölün cənubunda) və "Venera" (gölün şimalında, dənizə yaxın ərazidə) adlanan iki hissəyə bölünür. Bağların əsası sarayın tikintisi ilə eyni zamanda qoyulmuşdur və onların əsas fərqləndirici xüsusiyyətlərindən biri də faydalı dəyərlərə malik olması idi. Venera bağında saray üçün müxtəlif meyvələr əkilirdi. Baxus bağının adı şəffafdır: I Pyotrun dövründə burada üzüm yetişdirilməsi nəzərdə tutulsa da, bağçılar buna nail ola bilməmişdi[3]. Venera bağı soyuq Baltik küləyindən hündür torpaq təpəsinin köməyi ilə qorunur.

"Qızıl dağ" kaskadı Kaskadın "Qızıl dağ" adlandırılmasının əsas səbəbi, onun pilləkənlərinin qızıl suyuna çəkilmiş mis halqa və üzlüklə örtülməsi ilə əlaqələndirilir. Kaskadın kənarında duraraq, aşağıdan ona baxdıqda, insanda onun içərisindən qızıl suyun axdığı təəssüratı yaranır. Kaskad Marli sarayının yaxınlığında yerləşir.

"Balina" fəvvarəsi

Şərq hissəsinin ansamblı

[redaktə | mənbəni redaktə et]
"Şahmat dağı" şəlaləsi

"Şahmat dağı" şəlaləsi (Əjdahalar şəlaləsi) Şahmat dağı ağ-qara "şahmat üslublu" terraslaşdırılmış yaylada yerləşir. Kaskadın yuxarısında üç dekorativ əjdaha fiquru ilə bəzədilmiş qrot yerləşir. Kaskad dörd xüsusi çıxıntıdan ibarətdir və dəyirmi hovuz ilə yekunlaşır. Kaskadın hər iki tərəfində ağ daşlı heykəllər ilə bəzədilmiş pilləkənlər tikilmişdir.

"Roma fəvvarələri" Fəvvarələrin "Romalı" adlandırılmasının əsas səbəbi, onların xarici görünüşünün Romada, Müqəddəs Pyotr kilsəsinin qarşısındakı meydanda quraşdırılmış iki fəvvarədən götürülmüşdü. "Roma fəvvarələri" Peterhof parkında 1739-cu ildə, memarlar İvan Blank və İ.Davıdovun rəhbərliyi altında yaradılmışdır. O dövrlərdə fəvvarə taxta materiallardan hazırlanmış və qurğuşunlu kasalarla bəzədilmişdi.

1763-cü ildə o zamanın ən tanınmış memarı Rastrellinin rəhbərliyi altında fəvvarələr yenidən tikilmiş və postamentə quraşdırılmışdır. Taxta hissələrə "mərmər effekti" yaratmaq məqsədilə müxtəlif rənglərlə boyanmışdır. 1798-80-ci illərdə artıq dağılmaya məruz qalmış Roma fəvvarələri kərpic, qranit və həmçinin mərmər üzlüklərlə yenidənqurma işlərinə məruz qalmışdır. Ağacdan hazırlanmış bütün dekorativ elementlər qurğuşunla əvəz olunmuşdu. Böyük Vətən müharibəsi zamanı, faşistlər mərmər üzlükləri zədələmiş, hovuzu dağıtmış, boru kəmərlərini isə tamamilə məhv etmişdilər. Hər iki fəvvarə 1949-cu ildə bərpa edilmişdir.

"Monplezir sarayı"

Monplezir sarayı

Fransızcadan tərcümədə Monplezir (fr. mon plaisir) "Mənim zövqüm" mənasını verir və məhz I Pyotr sarayı bu cür adlandırmışdır. Monplezir düz Fin körfəzinin sahilində, yəni Aşağı Parkın şərq hissəsində yerləşir. Binanın tikinti işləri 1714-cü ildən 1723-cü ilə kimi davam etmişdir.

Monplezir I Pyotrun sevimli sarayı idi - onun daxili və xarici tərtibatı ciddiliyi və rasionallığı ilə fərqlənir. Sarayın mərkəzi zalına birlikdə binanın əsas həcmini təşkil edən altı əlavə otaq birləşir. Bu otaqlardan lusthaus-pavilyonlarla tamamlanan iki qalereya uzanır. Otaqlar arasında Böyük Pyotrun yaşayış odaları hesab olan yataq otağını və kabineti xüsusilə qeyd etmək lazımdır.

I Pyotrun ölümündən sonra, saray bir növ imperatora həsr olunmuş muzeyə çevrildi və onun ölümündən sonra burada heç nə dəyişməmişdi. Hal-hazırda Monplezirdə XVII-XVIII əsrlərdə Avropa rəssamlarının şəkillərindən ibarət Rusiyanın ilk kolleksiyası ziyarətçilərə nümayiş olunur (şəkillər bir zamanlar şəxsən imperator tərəfindən alınmışdır). Çin üslubunda bəzədilmiş Laklı kabinetdəki oyma rəfli-konsollarda XVIII əsrdə olduğu kimi, Çinə aid çini kolleksiyası qorunub saxlanılır[5].

Böyük Vətən müharibəsi zamanı saray güclü zədələnməyə məruz qalsa da, o tam dağılmamışdı.

"Yekaterina korpusu"

"Ermitaj" pavilyonu

Yekaterina korpusu Yelizaveta Petrovnanın hakimiyyəti dövründə tanınmış memar Rastrellinin layihəsi əsasında barokko üslubunda inşa edilmişdir və uzun qalereya ilə birləşən iki binadan - bal rəqsləri və qəbullar üçün daş korpusdan və taxta yaşayış fligelindən ibarət idi. Məhz bu fligeldə II Yekaterina özünün həyat yoldaşı və gələcək taxt varisi Pyotr Fyodoroviçlə birgə yaşayırdı. 28 iyun 1762-ci ildə baş vermiş saray çevrilişindən bir gün sonra, o məhz buradan Sankt-Peterburq şəhərinə qayıdaraq özünü orada İmperatriça elan etmişdir. Beləliklə o vaxtdan korpus onun şərəfinə "Yekaterina" adını qazanmışdır. Korpusun daxili tərtibatı çoxlu sayda yenidənqurma işlərindən sonra, I Aleksandrın dövründə özünün hazırkı görünüşünü əldə etmişdir. XIX əsrdə burada çoxlu qonaqlar qalırdı, müxtəlif maskarad və bal rəqsləri keçirilirdi.

Böyük Vətən müharibəsi illərində taxta fligel tamamilə yanmış, daş odalar isə güclü dağıntıya məruz qalmışdı. Hal-hazırda, bərpa olunmuş binada XIX əsrin birinci rübündə yaradılmış incəsənət əsərlərinə həsr olunmuş muzey fəaliyyət göstərir.

"Snop fəvvarəsi"

Snop fəvvarəsi I Pyotrun əmri ilə Peterhofda tikilmiş ilk fəvvarələrdən biri sayılır. O 1722-1723-cü illərdə Nikolo Mikettinin və fəvvarə ustası Sualemin rəhbərliyi altında tikilmişdir. Fəvvarə kompozisiyasının mərkəzində - hündür, tuf materiaından hazırlanmış tumba yerləşir. Onun içərisindən yüksək təzyiqlə su şırıntısı ətrafa yayılır. Ondan aşağıda su şırıntıları üçün dairəvi formada daha 24 kiçik dəlik yerləşir.

"Günəş fəvvarəsi"

Günəş fəvvarəsi memar Nikolo Mikettinin rəhbərliyi altında 1721-1724-cü illərdə tikilmişdir. 20 su şırıntısı mərkəzi sütunun içərisindən təzyiqlə ətrafa sıçrayır.

Fəvvarə kifayət qədər böyük düzbucaqlı hovuzun mərkəzində yerləşir; XVIII əsrdə onun içərisində nərə, qu quşları və ördəklər saxlanılırdı. Əsrin sonunda, memar Felten fəvvarəni üzmək üçün kiçik hovuza çevirmişdi. Daha sonralar, fəvvarənin içərisinə araba təkərinə bənzəyən və suyun köməyi ilə hərəkətə gələn kiçik bir mexanizm yerləşmişdir. Təkər üstündə 187 dəliyi olan diskli sütunu fırladır. Bu dəliklərdən su şırıntıları hər tərəfə yayılır və fəvvarəni ümumilikdə günəşə bənzədir. Fəvvarənin aşağı hissəsində delfinlərin heykəlləri yerləşir.

"Piramida fəvvarəsi"

Aşağı parkın şərq hissəsində, yəni künc xiyabanda xüsusilə özünün çoxlu suyu və gözəl şəkli ilə təsir göstərən fontam yerləşir. Məsafədən o təntənəli bir tikiliyə bənzəyir. I Pyotr 1717-ci ildə Fransada olarkən, üçbucaq obelisk şəklində su şırıntısına diqqət yetirmişdir. 1721-ci ildə İsveçlilər üzərində yekun qələbəsindən sonra, o bu abidəni xatırlayaraq, memar N. Mikettiyə Versal layihəsinin Peterhof bağında da təkrarlamağı tapşırmışdır. 3 ildən sonra, "Piramida" adlanan fəvvarə təntənəli şəkildə açılmışdır. Onun əməliyyat prinsipi sadədir, belə ki, piramida effekti fəvvarənin mərkəzinə yaxınlaşdıqca 505 ədəd mis boruların diametri tədricən azaldılması ilə əldə edilmişdir. Diametri tədricən azalan borularda suyun təzyiqi böyüyür və buna müvafiq olaraq suyun şırıntı hündürlüyü tədricən artırdı.

  1. Морской канал и Аллея фонтанов[ölü keçid], sps78.ru, Yoxlanılıb: 30 avqust 2014
  2. Фонтаны "Адам" и "Ева" Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine, peterhofmuseum.ru, Yoxlanılıb: 30 avqust 2014
  3. 1 2 Раскин А. Г., Кючарианц Д. А. «Петергоф. Дворцы, музеи, парки, фонтаны». СПб, 2005.
  4. "Дворец Марли. Официальный сайт ГМЗ "Петергоф"". 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-27.
  5. Голдовский Г. Н., Знаменов В. В. Дворец Монплезир в Нижнем парке Петродворца. Л., 1976.