Oyun kartları muzeyi (rus. Музей игральных карт) — Sankt-Peterburqun Peterhof rayonunda, XVII əsrdə inşa edilmiş keçmiş saray idarəsi binasında yerləşən muzeydir. Dünyada mövcud olan on doqquz oyun kartları muzeyindən biri olan bu muzey Rusiyada yeganə kart muzeyidir.
Oyun kartları muzeyi | |
---|---|
Музей игральных карт | |
Əsası qoyulub | 2007 |
Ölkə | |
Yerləşir |
Pravlenski küç. ev № 4, Kavaler korpusu (Sankt-Peterburqun şəhər ətrafında yerləşən Peterhof ərazisi) |
59°52′59″ şm. e. 29°54′40″ ş. u.HGYO | |
|
Oyun kartları muzeyinin təntənəli açılış mərasimi 25 sentyabr 2007-ci ildə baş tutmuşdur. Muzeyin yaradılmasından əvvəl kolleksiyaya daxil olan oyun kartları və mövzuya uyğun olan digər eksponatlar Aleksandr Semyonoviç Perelmanın kolleksiyasına daxil olmuşdur. Otuz ildən artıq bir müddət ərzində Aleksandr Perelman nə vaxtsa muzey yaratmaq arzusu ilə oyun kartlarının kolekksiyasını yaratmışdır. Kolleksioner qısa zamanda oyunçular və qədim əşya toplayıcıları arasında məşhurlaşmışdı. Perelmanın əldə edə bildiyi ən qədim dəstlərdən biri XVI əsrə aid edilir. Bir çox məşhur şəxslər onun kolleksiyasının zənginləşməsinə kömək etmişlər: məsələn, akademik Dmitri Lixaçev 1988-ci ildə Ronald Reyqanın həyat yoldaşı tərəfindən edilmiş iki dəst oyun kartını Aleksandr Perelmana bağışlamışdır.
Aleksandr Perelmanın planlarına kart ev formalı muzey binasının inşa edilməsi də daxil idi. Divarları kart, pəncərələri isə qart qutusu formasında olan xüsusi bina layihəsi də hazırlanmışdı. SSRİ dövründə həm rəhbərliyin kart oyunlarına qarşı mənfi münasibəti, həm də kolleksiyadakı eksponatların məzmununa görə muzeyin açılmasını gerçəkləşdirmək mümkün olmamışdır. Bəzi eksponatlarda aşkar antisovet məzmunu daşıyırdılar ki, onların sərgilənməsi müəllifin uzun müddətli həbsinə səbəb ola bilərdi. Məsələn, Soyuq müharibə dövründə Avropada geniş yayılmış inqilab dəstinə daxil olan kartların üstündə inqilabçılar qəribə formalarda təsvir edilmişdilər.
Uzun müddət Perelman muzeyin yaradılması haqqında danışıqlar aparmışdı. Yalnız 1999-cu ildə Peterhof muzey-qoruğu simvolik məbləğə kolleksiyanı Aleksandr Perelmanın dul qalmış arvadından alır. Kolleksiyanın təhvil verilməsi zamanı altı mindən çox eksponat qeydə alınmışdır ki, bunlardan minə yaxını nadir kart dəstləridir. 2007-ci ildə muzeyin açılmasına kimi də kolleksiya daim zənginləşdirilmişdir. 2006-cı ildə Petehof bir neçə nadir italyan Taro kartını, mika daşından hazırlanmış hind kart dəstini, 1960-cı il istehsalı olan daşıyıcılı nadir alman kartları da daxil olmaqla Stüart Kaplanın kolleksiyasından olan digər eksponatları da Christie’s hərracından almışdır. Stüart Kaplanı kolleksiya o qədər maraqlandırmışdır ki, o, şəxsən muzeyin açılışında iştirak etmiş və muzeyə bir neçə maraqlı eksponat hədiyyə etmişdir. Həmin hədiyyələr arasında Napoleonun əsgərləri tərəfindən sümükdən hazırlanmış domino dəsti də var.[1]
Muzeyin kolleksiyasına dünyanın müxtəlif yerlərindən əldə edilmiş 8.000-dən artıq eksponat daxildir. Onların arasında XVI–XX əsrlərdə, Rusiya, Avropa, Amerika və Asiyadan olan rəssamlar tərəfindən işlənmiş müəllif kartları da vardır.
Muzeyin kolleksiyasına daxil olan eksponatlar arasında ənənəvi oyun kartları ilə yanaşı, Taro və digər falabaxma kartları, uşaq, maarifləndirici, coğrafi və sair kartlar vardır. Muzey kolleksiyasına daxil olan eksponatıar arasında 160 ildən çoxdur ki, Rusiyada dəyişilmədən istifadə edilən məşhur Atlas dəstinin orijinal eskizləri də vardır.[2]