Petersen adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.
Petersen adası | |
---|---|
rus. Остров Петерсена | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 77 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
76°37′26″ şm. e. 96°10′36″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Nordenşeld arxipelaqının mərkızi hissəsində qərarlaşır. Öz növbəsində Paxtusov adaları qrupunun tərkib hissəsini təşkil edir. Şimalı istisna olaraq hər tərəfdən adalarla əhatələnmidir. Öz qrupunun şərqində qərarlaşır. Qərbdən Şpanberq adası, Dobrınya Nikitiç adası və Skudnıe adalar, cənub-qərbdən Novıy adası, Strijyov adası və Kotovski adası, cənub və cənub-şərqdən Zverolovnı adası, Qraniçı adası, Navarin adası və Yurt adası, şərqdən Oleq adası ilə latələnir. Şimalında yerləşən adalardan Lelin biğazı ilə ayrılır. Litke adasından isə Dobrınya Nikitiç boğazı ilə ayrılır. Cənub-qərbində isə Radzeevski bağazı yerləşir. Rusiyanın materik hissəsi ilə arasında məsafə 50 km təşkil edir.
Qeyri müəyyən formaya malik olaraq çoxlu yarımada və körfəzlərə sahibdir. Sahəsinə görə arxipelaqa daxil olan Ruskiy adasından sonra ikinci ən böyük adadır. Ada cənub-qərbdən Dolqiy burnundan şimal-şərqində yerləşən Mraçnıy burnuna qədər şəsafə 19 kilometr təşkil edir. Okonçaniya burnuna kimi isə 17 kilometrdir. Mərkəzi hissədə adanın eni 11,5 kilometr, ən ensiz yeri isə 100 netr təşkil edir.
Adanın cənub-qərbində uzunluğu 4,5 kilometr olan Zablujdnıy yarımadası yerləşir. Yarımada adaya ensiz (100 metr) bərzəxlə birləşir.
Şimal gissəsində Malata buxtası, şərqində isə Nadjnaya buxtası yerləşir. Buxtanın dərinliyi 42 metrdir. Cənubunda Çuqunkov buxtası və Neisvestnıy buxtası, şimal-qərbində isə Spokoynaya buxtası yerləşir.
Adanın böyük hissəsini qayalı təpəliklər tutur. Burada ən hündür təpənin zirvəsi 77 meyrdir. Adanın şimalında qərarlaşır. Sahil hissələrində daşlıqlar geniş sahəni tutur. Daxilindən axan axarlar daimi deyildir. Qış ayları bütünlüklə donurlar. Daxili və sahinə yaxın əraziləri boyunca çoxlu şorsulu kiçik göllər vardır. Bəziləri laqun məşhəllidir. Göl ətrafı ərazilər və sahil bölgsi əsasən bataqlıqlaşmışdır.
Nadir hallarda cənub hissəsində mamır, şibyə yayılmışdır. Üstəlik azda olsa ot bitkilərinə rast gəlinir. Adada üç yerdə quşların kütləvi yuva qurduğu ərazilər vardır. Ərazisində geodeziya məntəqəsi vardır. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Ada da həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[1].
Ada 1901-ci ildə Rusiya qütb ekspedisiyası zamanı Eduard Toll tərəfindən məşhur demotoloq və həkim Vladimiroviç Petersenin şərəfinə adlandırılmışdır[2].