Paxtusov adaları

Paxtusov adalarıNordenşeld arxipelaqına daxil olan adalar qrupu. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.

Paxtusov adaları
rus. Острова Пахтусова
Ümumi məlumatlar
Adaların sayı 15
Hündür nöqtəsi 77 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
76°39′31″ şm. e. 95°52′56″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriya
Paxtusov adaları xəritədə
Paxtusov adaları
Paxtusov adaları
Paxtusov adaları' (Nordenşeld arxipelaqı)
Paxtusov adaları
Paxtusov adaları, Nordenşeld arxipelaqı

Nordenşeld arxipelaqının daxili hissəsində qərarlaşır və bütün (arxipelaqa daxil olan) qruplarla sərhədə malikdir. Şimaldan Lelin boğanı ilə Litke adalarından ayrılır. Şərqində Şərq adaları, qərbində isə Vilkis adaları qərarlaşır. Vilkis adalarından Radzeevski boğazı ayrırır. Şivolki adaları isə onun qərbondə qərarlşır. Şimal-qərbdən cənub-qərbə uzanmış qrup şəklindədir. Şərqdən qərbə 35 kilometr, şimaldan cənuba isə 25 km məsafədə yerləşir. Paxtusov adalarının maksimal hündürlüyü 77 metrdir. Maksimal hündürlük Petersen adasında qərarlaşır. Adalar qrupunun cənub qutaracağı ilə Rusiyanın materik hissəsi arasında məsafə 40 kilometrdən bir qədər çoxdur. Adalar qrupu 1901-ci ildə Eduard Toll tərəfindən rus dənizçisi və hifroqrafə Pyotr Kuzmin Paxtusovun şərəfinə adlandırılmışdır[1]. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədilə burada qoruq yaradılmışdır. Adalarda həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[2].

Qrupa daxil olan adalar:

Aleksandr adası — qrupun ən ucqar şimalında yerləşən elə də böyük olmayan ada.

Paxtusov adası — qrupa daxil olan dörd iri adadan biri. Pastuxov adalarının şimal-qərbində qərarlşır.

Şpanberq adası — Qrupun daxilində yerləşən iri ada.

Truvor adası — Y-ya bənxər hamar ada. Qrupun şimal-qərbində qərarlaşır.

Silaç adası — Pastuxov adalarının üərb qutaracağını təmşkil edir. Elədə böyük olmayaraq səthi hamardır..

Petersen adası — qrupun ən böyük adasıdır. Adanın uzunluğu 20 kilometrə yaxındır.

Oleq adası — qrupun ən ucqar şərq nöqtəsini təşkil edir. Uzanmış formaya malikdir.

Dobrınya Nikitiç adası — sahəsinə görə qrupun ikinci ən böyük adası. Qrupun qərbində qərarlaşır.

Skudnıe adası — iki adaya bənzər qaya parçası. Adalar Petersen və Dobrınya Nikitiç adaları arasında yerləşir.

Zverolovnı adası — Petersen adasının cənubunda yerləşən kiçik ada.

Qraniçnı adası — orta ölçülərə malim ada. Qrupun cənubunda qərarlaşır.

Navarin adası — qrupun ən cənub adasıdır. Petersen adası ilə dayaz bir qumluqla birləşmişdir.

Yurt adası — qrupun cənub-şərq qutaracağında yeləşən kiçik ada.

Kotovski adası — qrupun cənub-qərbində yerləşən kiçik ada.

  1. Pyotr Kuzmin Paxtusovun bioqrafiyası
  2. "Böyük Arktik qoruğu". 2008-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.