Petros Abraamyan Duryan (erm. Պետրոս Աբրահամի Դուրեան, əsl soyadı Zmbayan, erm. Զըմպայեան; 20 may (1 iyun) 1851[1][2], Üsküdar, Konstantinopol, Osmanlı imperiyası[1][2] – 21 yanvar (2 fevral) 1872[1][2], Konstantinopol, Osmanlı imperiyası[1][2]) — erməniəsilli Osmanlı şairi.
Petros Duryan | |
---|---|
q.erm. Պետրոս Դուրեան | |
Doğum adı | Պետրոս Զըմպայեան |
Doğum tarixi | 20 may (1 iyun) 1851[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 21 yanvar (2 fevral) 1872[1][2] (20 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Fəaliyyəti | şair, dramaturq, aktyor, tərcüməçi, teatr aktyoru, dramaturq, yazıçı |
Əsərlərinin dili | erməni dili |
Vikianbarda əlaqəli mediafayllar |
Petros Duryan 1851-ci ildə Konstantinopolda, Üsküdar ərazisində kasıb bir dəmirçi ailəsində anadan olmuşdur. 1867-ci ildə bitirdiyi Üsküdar məktəbini bitirmişdir. Həmin il kasıb ailəsinə kömək etmək üçün işə düzəlməyə çalışmışdır. Petros əvvəlcə əczaçı şagirdi, sonra katib və ev müəllimi olmuşdur. Buna baxmayaraq, o, şeiriyyata yönəlməyə başlamışdır. Hələ məktəbdə oxuyan zaman ədəbiyyatla yaxından maraqlanmışdır. Sonradan teatrla məşğul olmağa başlamışdır. Pyeslər yazmış, bəzən özü də səhnəyə çıxmışdır.
1871-ci ildə şairdə vərəmin ilk əlamətləri ortaya çıxmışdır. Əvvəlcə xəstəliyə əhəmiyyət verməmiş və əsərlərini yazmağa davam etmişdir, lakin xəstəlik daha da ağırlaşmışdır. Ömrünün son ilini yataq xəstəsi yaşamaışdır. 21 yanvar 1872-ci ildə vəfat etmişdir.